Bunu "qafqazinfo”ya müraciətində Kəmalə Salayeva adlı müştəri yazıb.

O müraciətində iddia edib ki, "İdeal” Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsinin satdığı ətirlər orijinal deyil. Xanım müştəri, "İdeal”dan aldığı 469 manat dəyərində ətrin iyinin qalıcı olmadığını söyləyib: "Fevralın 13-də "İdeal”ın "Gənclik Mall”dakı filialından 10 faiz endirimlə 469 manata "Roja” parfümü aldım. Evdə açıb vuranda ətrin iyinin qalıcı olmadığını hiss etdim. Elə bil su vurdum. Bu ətirdən mütamadi istifadə etdiyimçün budəfəkinin orijinal olmadığını düşündüm. Onu mağazaya aparıb başqa ətir ilə dəyişdirilməsini və ya pulumu geri qaytarmalarını xahiş etdim. Mənə, heç nə edə bilməyəcəklərini dedilər. Ətri mağazada qoydum və onlardan cavab gözləyəcəyimi bildirdim. Dəfələrlə mağaza ilə, menecer ilə əlaqə saxlasam da nəticə olmadı. Hər dəfə müxtəlif bəhanələr gətirirlər, incidirlər”.

Məsələ ilə bağlı "İdeal” Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsindən bildirilib ki, qeyd edilən şikayət araşdırılıb: "Məhsul istifadə edilib, qalıcılığı ilə problem yoxdur. Məhsulun orijinallığı barədə ofis və ya mağazamıza yaxınlaşıb, sertifikatlarla tanış ola bilərsiniz. İstifadə edilmiş məhsullar geri qaytarılmır və əvəzlənmir”.

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300