Milli Məclisin deputatı Fazil Mustafa övladını təyyarə ilə yola salarkən qəribə hadisə ilə üzləşib. Deputat bu barədə sosial şəbəkədə yazıb: 

 

"Bu gün sübh tezdən Heydər Əliyev adına Hava Limanında oğlumu Macarıstana yola salmağa getmişdim. Wizz.air şirkətinin təyyarəsi ilə uçurdu. Bileti 18 gün öncə almışdım və sərnişinin oturacq yeri də dəqiq təyin olunmuşdu. Baqajı təhvil verərkən məlum oldu ki, on-line qeydiyyatdan keçməmişik. Bildirdim ki, əlimizdə bilet və dəqiq oturacaq yeri olduğu halda niyə qeydiyyatdan keçməliyik və bu barədə bilet alarkən niyə xəbərdarlıq edilməyib. Şirkətin təmsilçisi Elnarə adlı bir xanım cavab verdi ki, bu qaydanı bizim şirkət müəyyən edib və 30 avro məbləğində cərimə ödəməlisiniz. Bunun yanlış olduğunu və müştəridən əsassız vəsait almaq məqsədi güddüyünü söylədikdə, xanım qayıtdı ki, xoşunuz gəlmirsə, bizim təyyarədə uçmayın. Hər şeyi bir tərəfə qoydum, daha çox xanımın işlədiyi şirkətin imicinə nə qədər zərbə vurduğunu bir anlığa düşündüm. Adətən Türk Hava Yollarında, eləcə də bizim AZAL-da hər dəfə bu sözlər yaddaşımda qalır: "Bizimlə uçduğunuza görə təşəkkür edirik". Bu xanım isə sərnişinə kobud formada deyir ki, "xoşunuz gəlmirsə, uçmayın!" Pulu ödəyib uşağı yola saldım, ancaq bu məsələni araşdırmağa çalışacağam, çünki başqa insanlara qarşı da şirkətin bu cür addımlar atması mümkündür".(qaynarinfo)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300