Ərazi bütövlüyümüz uğrunda döyüşlərdə xüsusi seçilən kəndlərdən biridə-Neftçala rayonu Aşağı Qaramanlı kəndidir.


Uluyol.info olaraq "Şəhidlərimizi hər gün anaq" həftəlik yazılarımız Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar gündəlik dərc ediləcək.Bu gün 21 fevral Mehman Haqverdiyevin doğum günüdür.

 

Haqverdiyev Mehman Əbülhəsən oğlu 1971-ci il fevral ayının 21-də Aşağı Qaramanlı Kəndində doğulub.Kənddəki orta məktəbi bitirib.Orta məktəbi bitirdikdən sonra Çitada iki illik hərbi xidmət keçmişdir.Burada tankın sirrlərinə yiyələnmişdi və tankçı kimi də təxris olunmuşdur.

Artıq Azərbaycan müstəqilliyin qazanmışdı.Hərbi idarə etmə yeni yaranırdı deyə, ikinci dəfə ordu sıralarına qartılmalar olurdu. Artıq hansısa dövlətin torpaqlarını deyil, Ana Vətəni qorumağa gedilirdi. Mehman Haqverdiyevdə məhz ikinci dəfə ordu sıralarına qatılan mərd oğullardan idi. 

1992-ci il iyun ayının 17-si Neftçala rayonu Aşağı Qaramanlı kəndindən Qarabağa yollandı...


 İki il Çitada öyrəndikləri 1992-ci ilin sentyabr ayının 26-sına kimi işinə yarıyırdı. Döyüş yoldaşları Mehmanın tankçı kimi səlis, dəqiq olduğunu demişlər.Hətta qarşı tərəf  Mehmanın vurulması üçün "xüsusi adam" tutur. Mehman Haqverdiyev 26 sentyabr Ağdamın Küllücə kəndindəki döyüşlərdən sonra itkin hesab olunur. Döyüş yoldaşları və rəsmi qurumlardaMehman Haqverdiyevin sonuncu dəfə göründüyü, Ağdamın Küllücə kəndi uğrunda gedən döyüşdə-1992-ci il 26 sentyabr.

 

Üç ay 9 gün Azərbaycanımızın bütövlüyü uğrunda döyüşdü...


1996-cı ildə Tamilla Əliyevanın qələmə aldığı "Neftçala Şəhidləri” kitabında Mehman Haqverdiyevin anası Aliyə Haqverdiyeva ilə söhbəti :


" Mehmanın taleyidə Atamalının taleyi kimidir.Adı şəhidlər siyahısında gedir, məzarı yoxdur.Ona görədə evdə heç kimonu şəhid hesab etmir, hamı inanırki, mehman bir gün gələcək. Bu bizim müqəddəs arzumuzdur.

Evimizin son beşiyi idi Mehman.Ona görə də hamı onu çox istəyirdi. Sakit, mülayim uşaq idi. Bax, o qızılgülləri öz əli əkib. Gördüyünüz həyət qardaşı İslamın həyətidir.Hündür çinarda onun yadıgarıdır. Deyirdi ki, çinara baxanda məni xatırlayın. Gedəndə qardaşı qızına sırğa almışdı. Demiş di ki, əmidən yadigar saxla bu sırğanı.


Dostu yanından gəlmişdi, ondan xəbər göndərmişdi ki, evdəkilərə deyin, kənddəki toyların vaxtını yazıb mənəgöndərsinlər.Toya gələcəm.Həm də sirafiş göndərmişdi ki, mənə təzəpal-paltar , ayaqqabı alsınlar.Təzə paltarda toya gələcəm.

Toyda oynamaq üçün həlak idi.Deyirdim ki, ay Mehman, bu qədər oynamaq olar, yorulmursan? Nə desə yaxşıdı... Öz toyumuz olmayacaq, qoy heç olmasa , başqalarının toyunda oynayım.Bu sözləri deyəndə az qalırdı ürəyim yerindən çıxsın, acıqlanırdım ona: -Bu nə sözdür danışırsan.Müharibə qurtaran kimi evləndirəcəyəm səni. Nə lazımdısa alıb hazırlamışam.

 

İndi toy səsi üşidəndə ürəyim hövl edir.Ona görə yox ki, onların səadətinə paxılllıq edirəm,qətiyyən yox.Onlarda mənim balalarımdır, xoşbəxt olsunlar.Ona görə təəssüflənirəm ki, Mehman bu toylarda iştirak etmir...”


 ******

 

 

21 ferval tarixi həmdə şəhid Hüseynov Tural Murad oğlunun şəhadətə yetdiyi gündür.Hüseynov Tural Murad oğlu 1990-cı il noyabr ayının 13-ü Aşağı Qaramanlı kəndində dünyaya göz açıb. Orta məktəbi də elə bu kənddə tamamlayıb. Neftçala rayonu Hərbi komisarlığı tərəfindən 2009-cu il oktyabr ayında ordu sıralarına həqiqi xidmətə yola salınıb.

20 fevral 2011-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında atəşkəs rejiminin ermənilər tərəfindən pozulması nəticəsində 1990-cı il təvəllüdlü əsgər Hüseynov Tural Murad oğlu şəhid olub.

2011-ci il fevral ayının 21-i uğrunda şəhid olduğu torpağa tapşırılıb. Məzarı Aşağı Qaramanlı kənd qəbiristanlığındadır.

 

 

Aşağı Qaramanlı şəhidləri:


İltifat Kazımlı Pirverdi oğlu-Kənd xəstaxanasına adı verilib

Sakit Kərimov Əyyub oğlu-Kənd orta məkrəbinə adı verilib

Ağayev Tehran Miraslan oğlu-Kənddə yerləşən Maşın təmiri müəssisəsinə adı verilib

İmanov Ramil Davud oğlu,

Hüseynov Tural Murad oğlu,

Quliyev Arif Əlisahib oğlu,  2015-ci ildə dünyasını dəyişib.

Səfərov Elimdar Slimxan oğlu, Aprel şəhidi

Quliyev Nazim Aslan oğlu,  2016-ci ildə dünyasını dəyişib.


İtkin hesab olunanlar:


İsmayılov Məhəbbət İmamverdi oğlu- 9 iyun1992 Dranbon kəndi(Dağlıq Qarabağ)

Kərimov Yaşar Ələkbər oğlu- 23 iyul 1993 (Ağdam)

Miriyev Miriş Mirdaməd oğlu- könüllü iyun 1992 (Ağdərə)

İsmayılov Sərdar Cəfər oğlu-10 noyabr 1992

Abışov Bafadar Səfayət oğlu- 5 fevral 1993( Ağdərə)

Hüseynov Xəqani Pazin oğlu 5 fevral 1993 (Ağdərə)

Soltanov kamal Gülalı oğlu-12 fevral1994 (Kəlbəcər)

Haqverdiyev Mehman Əbülhəsən oğlu.21 fevral 1992(Ağdam)


 Bu gün şəhid İltifat Kazımovun doğum günüdür
Uluyol.info, Elvin İBRAHİM

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300