Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində iki matç keçiriləcək.

Almaniyada "Bayer” İspaniyanın "Atletiko” komandasını, İngiltərədə isə "Mançester Siti” Fransa təmsilçisi "Monako”nu qəbul edəcək.

"Bayer” ilə "Atletiko” 2014/15 mövsümündə də 1/8 finalda rəqib olublar. Həmin vaxt leverkuzenlilər Almaniyada Hakan Çalhanoğlunun qolu ilə qalib gəldiyi halda, Madrid klubu evdə Mario Suarezin dəqiq zərbəsi ilə status-kvonu bərpa edib (hər ikisi 1:0). Penaltilər seriyasında isə madridlilər qalib gəlib – 3:2

2010/11 mövsümündə Avropa Liqasında eyni qrupda yer alan bu kollektivlərin duelində isə qalib müəyyənləşməyib. Hər iki görüş 1:1 hesabı ilə yekunlaşıb.

Bu komandaların bir ortaq cəhəti var. Hər ikisi qitənin ən nüfuzlu klub turnirinin finalında "Real Madrid”ə uduzub. "Bayer” 2002-ci ildə, "Atletiko” isə son mövsümdə kuboku son anda əldən verib.

Leverkuzenlilər cari mövsümün qrup mərhələsində evdə keçirdikləri 3 oyundan 2-də heç-heçə ediblər, "Monako”nu isə 3:0 hesabı ilə üstələyiblər. Maraqlıdır ki, "Bayer” sonuncu dəfə səfərdə məğlub edən komanda da "Monako”dur. Bu, 2014-cü ilin 26 noyabrında, ÇL-in qrup mərhələsi çərçivəsində baş tutan görüşdə olub.

Ötən mövsüm ÇL-in qrup mərhələsində 3-cü yeri tutan "Bayer” yoluna Avropa Liqasında davam edib və 1/8 finalda İspaniyanın başqa bir təmsilçisi "Vilyarreal”a uduzub (0:2, 0:0).

Meydan sahiblərinin heyətində diskvalifikasiyaya məruz qalan Hakan Çalhanoğlu ilə zədəli Conatan Ta meydana çıxa bilməyəcək. Lars Benderin durumu isə sual altındadır. "Atletiko”da cəzalı olmasa da, Tyaqo, Dieqo Qodin, Auqusto Fernandes və Xuanfran zədəlidir.

Digər oyuna gəlincə, "Mançester Siti” cütün favoriti kimi görsənsə də, Pep Qvardiola bir məqama diqqət yetirməlidir. "Monako” heç vaxt pley-off xarakterli duellərdə İngiltərə klublarına uduzmayıb.

Ardıcıl 9 oyundur ÇL-də öz meydanında yenilməyən "Mançester Siti” tarixində 2-ci dəfə 1/4 finala vəsiqə qazanmaq istəyir. İngiltərə təmsilçisi ötən mövsüm 1/4-də Fransanın başqa bir təmsilçisi – PSJ-ni mübarizədən kənarlaşdırıb (2:2, 1:0).

Qvardiola "Barselona” və "Bavariya”nın baş məşqçisi qismində ümumilikdə 7 dəfə 1/8 final görüb və hamısından da qalib ayrılıb.

2004-cü ildə ÇL-in finalında "Portu”ya 0:3 hesabl ilə uduzan "Monako”, İngiltərə klubları ilə 5 dueldən 4-də zəfər çalıb. Knyazlıq klubunun "qurbanları” arasında "Mançester Yunayted” (1/4 final, 1997/98 ), "Çesli” (1/2 final, 2003/04) və "Arsenal” (1/8 final, 2014/15) da yer alıb.

"Mançester Siti”də cəzalı yoxdur. Qabriel Xesus zədəli, Vensan Kompani, Aleksandr Kolarov və Qael Klişinin durumu sual altındadır. "Monako”da isə Jemerson cəzalı, Qabriel Boskilya isə zədəlidir. Tyemue Bakayoko, Quido Karrily və Andrea Racinin oynamamaq ehtimalları var.

UEFA Çempiondalar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21 fevral

23:45 "Bayer” (Almaniya) – "Atletiko” (İspaniya)

Baş hakim: Uillyam Kollum (Şotlandiya)

Leverkuzen. "BayArena”

23:45 "Mançester Siti” (İngiltərə) – "Monako” (Fransa)

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

Mançester. "City of Manchester”

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300