Prezident İlham Əliyev "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, 2000-ci il 13 noyabr tarixli fərmanı ilə təsdiq edilmiş qaydada aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci hissə üzrə:

1.1. ikinci-yeddinci abzaslar müvafiq olaraq üçüncü-səkkizinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Ölkə ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış şəxs (bundan sonra – müşayiət olunmayan uşaq) aşkar edildikdə, həmin şəxs barəsində qəyyumluq və himayə orqanlarına müraciət edilir. Qəyyumluq və himayə orqanları müşayiət olunmayan uşağın ölkə ərazisinə müşayiətsiz gəlməsini və ya gəldikdən sonra müşayiətsiz qalmasını dəqiqləşdirir və onun "Qaçqın” statusu almaq niyyəti vardırsa, bu Qaydaya uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir.”;

1.2. səkkizinci abzasda "müraciət etdikdə, o,” sözlərindən sonra "(müşayiət olunmayan uşaqlar istisna olmaqla)” sözləri əlavə edilsin;

1.3. aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

"Müşayiət olunmayan uşağa "Qaçqın” statusu verilməsi məsələsi həll edilənə qədər, qəyyumluq və himayə orqanları onu sosial xidmət müəssisələrində yerləşdirirlər. Müşayiət olunmayan uşaqlar ölkə ərazisində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bərabər tutulur və onların sosial müdafiəsi dövlət tərəfindən təmin olunur, hüquq və mənafeləri qanunvericiliyə uyğun olaraq qorunur.”.

2. 5-ci hissənin üçüncü abzasında "Valideynsiz və qəyyumsuz Azərbaycan Respublikasına gəlmiş "Qaçqın” statusu almaq niyyətində olan 16 yaşına çatmamış şəxsə də” sözləri "Müşayiət olunmayan uşağa da” sözləri ilə əvəz edilsin.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300