Alimlərin fikrincə, gün ərzində 10 porsiya tərəvəz və meyvə qəbulu ömrü uzada bilər. İmperial College London-dan olan alimlərin qənaətinə görə, bu tövsiyyələrə əməl olunması ildə 7,8 milyon vaxtından əvvəl ölümün qarşısını ala bilər.

Bir porsiya 80 qramdır. Orta ölçülü bir banan, bir armud və ya 3 çay qaşığı ispanaq və noxud təqribən bu tutumdadır. Hətta kiçik miqdarda qəbul edilən meyvə və tərəvəz belə orqanizm üçün faydalıdır.

Lakin insan meyvə və tərəvəzi nə qədər çox qəbul etsə, bu bir o qədər yaxşıdır.

Gün ərzində qəbul edilən 200 qram tərəvəz və ya meyvə aşağıdakı təhlükələri azaldır:

Ürək-damar xəstəliyindən ölmə riski - 13%

Xərçəngin inkişafı riski - 4%

Vaxtından əvvəl ölüm riski - 15%.

Gün ərzində qəbul edilən 800 qram meyvə və tərəvəz isə aşağıdakı təhlükələri azaldır

Ürək-damar xəstəliyindən ölmə riskini - 28%

Xərçəngin inkişafı riskini - 13%

Vaxtından əvvəl ölüm riskini - 31%.

Ekspertlərin bu qənaətə gəlməsinə apardıqları 95 tədqiqatın nəticələri səbəb olub. International Journal of Epidemiology jurnalında dərc edilən tədqiqat 22 milyon insanın yemək vərdişini araşdırıb.

Alimlər həmçinin bəzi xəstəliklərin meydana gəlməsində və ya inkişaf etməsi təhlükəsinin qarşısının alınmasında daha effektiv olan meyvə və tərəvəzləri ayırd ediblər.

Belə ki, xərçəng riskini yaşıl və sarı tərəvəzlərlə yanaşı gül kələmindən istifadə də azaldır. Ürək-damar xəstəlikləri riskini isə alma, armud, sitrus meyvələri, salatlar azalda bilər.

Bundan başqa meyvə və tərəvəz xolesterinin səviyyəsini və qan təzqyiqini aşağı salır, qan dövranının və immun sisteminin daha sağlam olmasına yardım edir.

Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində 5 porsiya (təqribən 400 qram) meyvə və tərəvəz yeməyi tövsiyyə edir. Bura bütün meyvə və tərəvəzlər daxidlir. Hətta dondurulmuş meyvə və tərəvəzlər belə.

Lakin həkimlərin fikrincə bu tövsiyyələrə çox az insan əməl edə bilər (BBC).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300