Ermənistan hərbi birləşmələri dünən gecədən başlayaraq, bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə təxribat hücumları edib. Düşmənin təxribat hücumlarının qarşısını alınıb. Məlumatlara görə, döyüşlər hazırda da davam edir.

 

Uluyol.info publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Talış kəndində qalan son sakinlərin də evlərini tərk etdiyini yazıb.

 

Talış "bələdiyyəsinin sədri” Vilen Petrosyan deyib ki, kənddə 10-15 kişi qalıb: "Əslində, Talışda çox adam yox idi. Təxminən 10-15 kişi qalıb. Onların ailələri isə orada yaşamır. Hazırda kənd tamamilə boşalır”.

 

Qeyd edək ki, ötən ilin aprelində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyini azad edərək, Talış kəndinə də nəzarəti əldə edəndən sonra oradakı bütün ermənilər ərazini tərk etdi. Daha sonra cəmi 10-15 ailə geri qayıtdı. Görünür, indi onlar da kəndi tərk edirlər.

 

Ermənistan mediası cəbhəboyu ərazilərdə yaşayan ermənilərin qorxu içində olduğunu, əksər ailələrin qaçmağa hazırlaşdığını yazıb. Bir neçə erməni ailəsi isə artıq əraziləri tərk edir.

 

Ermənistan rəsmiləri itkilərini gizlətsə də, sosial şəbəkədə erməni istifadəçilər çoxsaylı ölü və yaralıların olduğunu yazır.

 

Misal üçün, erməni rejissor Arşak Zakaryan feysbuk hesabında yazıb ki, erməni hərbi birləşmələri itkilər verib.

 

Onun statusuna şərh yazan erməni istifadəçilər də itkilərin olduğunu təsdiqləyib. Ermənistanda ümumi ab-hava isə əhalinin qorxu içində olduğunu göstərir.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300