Amerikadakı azərbaycanlılar Xocalı faciəsini andılar – Nyu York və Vaşinqton şəhərlərində "Qarabağ- Xocalı” sədaları yüksəldi

 

Fevralın 24-də ABŞ-ın Nyu York və Vaşinqton şəhərlərində yaşayan azərbaycanlılar Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı sözügedən şəhərlərdə etiraz aksiyası keçiriblər. Musavat.com-un Amerikaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Nyu Yorkdakı aksiya öncə Ermənistan nümayəndəliyinin qarşısında baş tutub. Saat 12.30-da nümayəndəliyin qarşısına yığışan həmvətənlərimiz üzərində "Xocalıya ədalət”, "Sərkisyan uşaq qatilidir”, "Qarabağ Azərbaycan torpağıdır” şüarları yazılmış plakatlarla etirazlarını ifadə ediblər. Onlar həmçinin eyni şüarları səsləndiriblər.


1 saata yaxın davam edən aksiya zamanı iştirakçılar Ermənistan nümayəndəliyinin qarşısına qara çələng qoyublar. Aksiyanı müşahidə edən Nyu York polisi isə ona müdaxilə etməyib və dağıtmağa cəhd göstərməyib. Polis iştirakçılardan sadəcə olaraq maşın yoluna çıxmadan səkidə dayanmağı və nəqliyyatın hərəkətinə mane olmamağı tələb edib.


Aksiya iştirakçıları daha sonra etirazlarini BMT nümayəndəliyi qarşısında da davam etdiriblər.


Əməkdaşımızın Vaşinqtonda yaşayan azərbaycanlılardan aldığı məlumata görə, fevralın 24-də həmvətənlərimiz orada da öz etirazlarını bildiriblər. Soydaşlarımız Ermənistan səfirliyi qarşısında düşmən ölkənin işğalçı siyasəti ilə bağlı şüarlar səsləndiriblər. Azərbaycan mətbuatı ilə yanaşı, aksiyanı izləyənlər arasında Anadolu Agenliyi və TRT nümayəndələri də olub. Türkiyəli soydaşlarımız da aksiyanı dəstəkləyiblər. İnsidentsiz başa çatan aksiya vasitəsi ilə həmvətənlərimiz Xocalı soyqırımını və ermənilərin vəhşiliyini ABŞ qanunları çərçivəsində, yüksək təşkilatçılıqla ictimailəşdirə biliblər.

 

Sevinc TELMANQIZI

 Nyu York

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300