Uğur Işılak "Çırpınırdı Qara Dəniz” mahnısının erməni bəstəkara aid olduğunu iddia edib.


Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı sənətçi Azərin həmin müğənnini bir cavabı ilə susdurub. Azərin "Çırpınırdı Qara Dəniz”in müəlliflərinin kimə aid olduğunu göstərən rəsmi sənədləri olduğunu və bu məsələdə heç bir mübahisəyə ehtiyac olmadığını vurğulayıb.


Azərin "Işlak çox böyük səhv edib, dərhal TÜRK Xalqından və mahnının bəstəkarı və sözlərin müəllifindən üzr istəməlidir”, - deyə cavab verib.


Azərin "Çırpınırdı Qara Dəniz" mahnısının musiqisinin Üzeyir Hacıbəyliyə, sözlərinin isə böyük şair Əhməd Cavada aid olduğununu qeyd edib:


"Bu mahnı arxivlərdə və sənədlərlə mövcuddur. Mən yaşadığım müddətdə "Çırpınırdı Qara Dəniz" mahnısı "Sarı Gəlin”-lə eyni taleyi yaşamayacaq".


Qeyd edək ki, türkiyəli bəstəkar, şair, aparıcı və müğənni Uğur Işılak həm də siyasətlə məşğul olur. O, Ədalət və İnkişaf Partiyası (AKP) üçün musiqilər bəstələyib. Bundan başqa, Işılak 2015-ci ilin iyununda Türkiyədə keçirilən parlament seçkilərində milli məclisə deputat seçilib. Lakin 2015-ci ildə təkrar keçirilən millət vəkili seçkilərində namizəd olmayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300