İnsan kitab oxumağın həyat tərzinə, düşüncəsinə və fərdi inkişafına olan təsirini bilsə də bunu həmişə istənilən səviyyədə edə bilmir.

Ancaq vaxtınızı düzgün planlayaraq daha çox kitab oxumaq mümkündür. Charles Chu düzgün plan quraraq iki il ərzində 400 kitab oxuyub. Blogger nələrə diqqət etdiyini qısa şəkildə belə izah edir.

Ona ən çox təsir edən məşhur milyarder Warren Buffetin bu sözləri olub. O öz uğurlarının sirrini belə açıqlayır.

Hər gün 500 səhifə oxuyun. Bilik bu şəkildə inkişaf edir. Yavaş-yavaş yığılır, eynən mürəkkəb faiz kimi. Bunu hamı edə bilər ancaq əminəm ki, hər kəs etməyə cəhd etməyəcək.

Hər gün 500 səhifə oxuya bilməsə də, Charles Chu iki il ərzində 400 kitab oxuyur. Charles Chu bu qədər kitab oxumağın həyatında ən vacib qərarlarından biri olduğunu deyir. O, həm də kitab oxuduqça daha çox səyahət etmək istədiyini deyir.

1. Çox kitab oxumağı gözünüzdə böyütməyin

"Mən çox məşğulam”, "Kitablar mənə görə deyil”, "Mən bu qədər ağıllı deyiləm” deməyin. Warren Buffet’in də dediyi kimi daha çox kitabı sadəcə istəmədiyiniz üçün oxuya bilmirsiniz.

2. Kiçik riyazi hesablama ilə bunun mümkün olduğunu başa düşəcəksiniz

İldə 200 kitab oxumaq nə qədər vaxtınızı alacaq? – Bu iki statistikanı bilmək işinizi biraz da asanlaşdıracaq.

Yaxşı bildiyimiz bir dildə ortalama olaraq, dəqiqədə 200-400 söz oxuyuruq. Qeyri-bədii kitab isə təxminən 50.000 sözdən ibarət olur. Bu hesabla, ildə 200 kitab oxumaq üçün 417 saata ehtiyac var.

3. Vaxtınızı düzgün planlaşdırın

İldə 417 saat çox görünə bilər. Ancaq digər məşğuliyyətlərə ayırdığınız vaxtla müqayisə etsəniz əslində elə də böyük rəqəm olmadığını görəcəksiniz. Məsələn, sosial şəbəkələrdən aktiv istifadə edən bir insan il ərzində 608 saat xərcləyir. Orta statistik bir insanın televiziya qarşısında keçirdiyi vaxt isə təxminən 1642 saatdır.

4. Kitabı həyatınızın mərkəzinə yerləşdirin

Kitablar nə qədər çox qarşınıza çıxsa, kitab oxumağa olan həvəsiniz o qədər artacaq. Çalışın kitablar evdə, işdə, səyahətdə hətta telefonda belə gözünüzün qarşısında olsun. Beləliklə, kitabı həyatınızın mərkəzinə yerləşdirmiş olacaqsınız.

5. Hər mövzuya açıq olun

Oxuduğunuz hər kitab sizə yeni şeylər öyrədəcək. Oxuduğunuz hər roman sizə görmədiyiniz yerlərə aparır, yeni qəhrəmanları kəşf etməyinizə kömək edir. Orhan Pamukun da dediyi kimi: "Bir kitab oxudum və bütün həyatım dəyişdi".

6. Kitab oxumaq üçün xüsusi vaxt seçməyin

Yatmaqdan əvvəl yataqda, tualetdə, avtobusda, kitab oxumaq mümkündür. Boş vaxtlarınızı kitab oxumaqla dolduraraq həm daha səmərəli vaxt keçirəcəksiniz həm də hədəflədiyiniz kitab sayına çatmaq mümkün olacaq.

 

(pahoo.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300