Siyəzəndə daha bir maraqlı hadisə baş verib

ARB Şimal xəbər verir ki, Siyəzən sakini Cavid Yəhyayev 5 ildir ki, müxtəlif tullanıtılardan maraqlı əl işəri hazırlayır. O, bu işə ilk olaraq lazımsız təkərlərdən fiqurlar düzəltməklə başlayıb. Artıq 3 aydır ki, şirə qutularını da toplayır və onlardan qeyri-adi fiqurlar hazırlayır.

Bir fiqurun hazırlanmasına təxminən 2-3 saat vaxt sərf edir. Əl işlərini düzəltməkdə əsas məqsədi tullantıların sayını azaltmaq və onlardan faydalı istifadə etməyin mümkünlüyünü göstərməkdir. Cavid Yəhyayevin sözlərinə görə bu sənəti öyrənmək istəyənlər də az deyil.

Cavid Yəhyayev ərsəyə gətirdiyi fiqurlarla IV Beynəlxalq "Tullantıdan Sənətə” sərgisində də iştirak edib. Əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Hazırda sənətkar taxtadan düzəldilən və küləklə hərəkət edən fiqurlar üzərində çalışır. O, gələcəkdə bu sənəti genişləndirmək və kiçik biznes qurmaq niyyətindədir.


 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300