Tacikistan Prezidenti Emoməli Rahmon İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri quru və dəniz yollarını birləşdirməyə çağırıb.

Bunu o İƏT-in Düşənbədə keçirilən 13-cü sammitində çıxışı zamanı bildirib.

E.Rahmon qeyd edib ki, bu il Mərkəzi Asiya, Azərbaycan və Əfqanıstanın təşkilata üzv olmasının 25 ili tamam olur. Prezident əlavə edib ki, bunun sayəsində qurumun coğrafiya və potensialı əhəmiyyətli dərəcədə genişlənib. O qeyd edib ki, bu dövr ərzində tərəflər arasında əməkdaşlıq üçün hüquqi əsas, qarşılıqlı ticarət, insanların və tranzit-nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlverişli şərait yaranıb.

"Biz təşkilat çərçivəsində öz imkanlarımızdan istifadə edərək nəqliyyat dəhlizlərinin yaradılması vasitəsi ilə quru və dəniz yollarımızı birləşdirə bilərdik. Biz bununla iqtisadi artım və sosial problemlərin həlli prosesinin irəliləməsinə imkan yaratmış olardıq", — deyə o əlavə edib.

Qeyd edək ki, İƏT 1985-ci ildə təsis edilib. Onun üzvləri sırasına İran, Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.(report.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300