Bir neçə gün öncə redaksiyamıza Bakı şəhəri Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəblə bağlı tənqidi xarakterli məktub daxil olub. Həmin məktubda məktəbdə baş alıb gedən qanunsuz hallardan bəhs olunur. Səbail rayonunda fəaliyyət göstərən 3 saylı Uşaq Musiqi Məktəbində özbaşınalıq hökm sürür. Uluyol.info "realnewsinfo"saytına istinadən həmin şikayət məktubunu oxuyuculara təqdim edirik:


II qrup əlili Kərimov Ağakərim Əlimuxtar oğlu tərəfındən

Ünvan : Bakı şəhərı, R.Rza küçəsi ev 110 

 Ə R İ Z Ə:
Hörmətli redaksiya, Sizə müraciət edərək bildirirəm ki, mən 1998-ci ildən Bakı şəhəri Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbində tar müəllimi işləmişəm .
2001-ci ildə məktəbə direktor təyin edilən Orucova Məhin Əli qızı işə başlayandan sonra özünə tabe olanların hamısı saxtakarlığa, dələduzluğa əliəyriliyə sövq etmiş məktəbdə özünə məxsus tərzdə kriminal stuktur yaratmışdır.
Картинки по запросу C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbi
Bu vəziyyətlə barışmayan məndə daxil olmaqla 6 nəfər müəllim məktəbdə baş verən özbaşnalıq yəni direktorun "Ölü canlar" saxlaması və digər qanun pozuntuları barədə prokrorluğa şikayət etmişdik.
Bundan sonra direktor M.Orucova şikayət etmiş müəllimlərə qarşı qərəzli və qisasçılıq mövqeyi tutmuşdur. İlk olaraq tədris hissə müdiri İradə Babazadə Mədəniyyət və Turizm Nazirliyinin 22.06.2006-cı il tarixli 260 saylı saxta əmri ilə (həmin əmrdə Nazirliyinin möhürü və nazirin imzası yoxdur.) qeyri-qanuni olaraq işdən azad edildi. Bu hiyləgər saxtakarlığın təşkilatçı və icraçısı direktorun həmyerlisi olan nazir müavini Sevda Məmmədliyevadır.
Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbinin
M.Orucova S.Məmmədəliyevanm himayədarlığına arxalanaraq məktəbi bandit-quldur yuvasına çevrmişdir.
İkinci vurulmalı hədəf kimi mən seçildim və göziənilmədən 26.11.2007- ci il tarixdə qeyri-qanuni olaraq mən də işdən azad edildim. Məlum olmuşdur ki, bu şəxs mənim məlumatım olmadan əsassız olaraq 6 gün ərzində (2 oktyabr və 8 oktyabr 2007- ci il tarixlərdə) iki töhmət vermişdir və buda onu sübuta yetirir ki, bu əvvəlcədən planlaşdırılmış qaydada həyata keçirilmişdir.
Qeyd etmək istərirəm ki, M.Orucova məktəbin təmirinə 2004-cü ildə ayrılan külli miqdarda -25.000 000 AZM {25 milyon), (5000 AZN) dövlət tərəfindən ayrılan vəsaiti mənimsəmişdir.
Həmçinin mən işdən azad edilərkən qanun vericiliyin tələblərinə uyğun olaraq son haqq-hesab sonuncu iş günü ödənilməli və əmək kitabçası da həmin gün verilməli idi lakin, həmin gün tələb etsəm də mənə verilməmişdir və bu günə kimi də nə son haqq-hesab nə də ki əmək kitabçası mənə verilməmişdir.
M.Orucovaya 2008-2009-cu tədris ilində məktəbdə yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri tərəfındən töhmət verilmişdir.
Valideynlərdən bu yaxınlarda aldığım məlumata görə hər şagirddən 20 manat məbləğində müəllimlər günü adı altında məcburi qaydada pul yığılmışdır, nəzərə alsaq ki, məktəbdə 700-800 nəfərə yaxın şagird təhsil alır, belə olan halda bu on dörd-on altı (14-16)min manat vəsait edir, lakin valideynlər nədənsə çəkinərək bu barədə müraciət etməyə təşəbbüs göstərmirlər. Küllü miqdarda məbləğ yığıldıqdan sonra M.Orucova böyük bir təm-təraqla R.Behbudov adına Mahnı Teatrı binasında 50 illik yubiley gecəsi keçirmişdir. Göründüyü kimi M.Orucova ona həvalə edilən vəzifəni layiqincə yerinə yetirmək əvəzinə başqalarının hesabına və ayrılan vəsaiti talayıb mənimsəməklə az bir vaxtda varlanmaq, özünə dəbdəbəli və qudurğan həyat qurmaq arzularını gerçəkləşdirmək yolunu tutmuşdur.
Orada işləyən şəxslərin bu məsələlər barədə ətraflı məlumatları vardır və hesab edirəm ki, qeyd olunanlar əsassız ola bilməz .
Mənim M.Orucova barəsində şikayət ərizəm Səbail rayon prokurorluğunda qəbul edilmiş, lakin göstərilən faktlarla baglı heç bir ətraflı təhqiqat aparılmadan gözlənilmədən 20 gündən sonra tez-tələsik 14 sentyabr 2016-cı il tarixdə"cinayət işinin başlanmasının rədd edilməsi haqqında " qərar çıxarmışdır. Bu qərardan cəmi 5 gün sonra dərin bir təəccübə səbəb olan bir hadisə baş vermiş, 19 sentyabr 2016-cı il tarixdə ölkə prezidentinin sərəncamı ilə kriminal əməllər sahibi məktəb direktoru M. Orucovaya fəxri ad verildi. Dəhşət, bu ölkədə nələr baş verir?! Müəllimi əzib məhv edən, müəllimi məhrumiyyətli və əzablı həyata sürükləyən, ondan amansız intiqam və qisas alan şəxs "əməkdar müəllim" fəxri ada layiq görülür. Budurmu Azərbaycan müəllimi?
Bir məsələnidə qeyd etməyi vacib bilirəm. Bu il görkəməli bəstəkar Cövdət Hacıyevin anadan olmasının 100 illiyi qeyd ediləcək. Nəzərə alsaq ki, 3 saylı musiqi məktəbi C.Hacıyev adınadır onda bu bəstəkara qarşı hörmətsizlik və saymamazlıqdır. Adı hüquq-mühafızə orqanlarında, məhkəmələrdə, televiziya və mətbuatda, nazirlik və idarələrdə çox saylı qanun pozuntuları və cinayət tərkibli əməllərin baş alıb getməsi barədə mütamadi olaraq hallandırılan musiqi məktəbinə C.Hacıyev adını layiq bilənlər onun şəxsiyyətinə və musiqi aləmində olan nüfuzuna ciddi zərbə vururlar. Mədəniyyət nazirliyi, Bəstəkarlar İttifaqı, C. Hacıyevi sevənlər, onun davamçıları və nəhayətdə ailə üzvləri bu rüsvayçı vəziyyətə etiraz etməlidirlər.
Hörmətli redaksiya, Sizdən xahiş edirəm bu ərizəni öz saytınızda dərc edərək ictimaiyyəti məsələ barədə xəbərdar edəsiniz.

Məqalədə adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300