Möhsün Şəbüstəri: "Qarabağ islam, Azərbaycan torpağıdır, ermənilər oranı işğal ediblər, bu torpaqlar Azərbaycana qaytarılmalıdır”

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Azərbaycandan nümayəndə heyəti İrana səfər edib. Bu barədə Musavat.com-a Qarabağ Azadlıq Təşkilatının (QAT) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nümayəndə heyətinin üzvləri Akif Nağı, Rövşən Əhmədli, Eldəniz Quliyev, Növrəstə İbrahimova, Arzu Abdulla, Zərdüşt Əlizadə, Sevinc Məmmədova, Aydın Qarabağlı ilk olaraq Təbriz şəhərində olublar. Heyət üzvləri Təbrizin imam cüməsi ayətullah Möhsün Şəbüstəri ilə görüşüb, Qarabağ, Xocalı haqqında məlumatları çatdırıblar. İmam cüməsi İran-Azərbaycan münasibətlərinin vacibliyini, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazır olduqlarını vurğulayıb, Xocalı qətliamının insanlığa qarşı cinayət olduğunu bildirib və xüsusi olaraq qeyd edib: "Qarabağ islam, Azərbaycan torpağıdır, ermənilər oranı işğal ediblər, bu torpaqlar Azərbaycana qaytarılmalıdır”.

Nümayəndə heyəti həmçinin Təbrizin gənc sənətçilərinin hazırladığı "Səttarxan” tamaşasına baxıblar. Tamaşada məşrutə inqilabının lideri Səttarxanın erməni Yefim xan deyilən şəxs tərəfindən öldürülməsi, Bakı ilə əlaqələrin önəmi vurğulanıb, acından torpaq yeyən qızcığazın dilindən səsləndirilən fikir isə Qarabağ münaqişəsini bir daha gündəmə gətirib: "Torpağı yeyərik, amma yada vermərik.”

Tamaşaçıların içərisində İran parlamentinin sədr müavini, Təbrizdən millət vəkili Məsud Pedeşkyani, digər rəsmilər, tanınmış sənət adamları da olub.Heyət üzvləri onlarla görüşüb, səmimi söhbətlər ediblər.

Heyət üzvləri görüşdükləri yerlərdə Qarabağa, Xocalıya aid film disklərini, kitabları paylayıblar. Həmçinin Təbriz Televiziyası, radiosu, "Səhər” telekanalı və digər mətbuat orqanlarına geniş müsabiələr verilib, ayrıca verilişlərdə iştirak olunub, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına dair həqiqətlər çatdırılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300