Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin KM.ru rus xəbər portalına müsahibəsi qalmaqala səbəb olub.

Sosial şəbəkədə deputatın ünvanına kəskin fikirlər səsləndirilib. Həmin müsahibədə Arif Rəhimzadə azərbaycanlıların türk olmadığını deyir, hərçənd müsahibə yayılandan sonra deputat fikirlərinin təhrif olunduğu haqda danışıb. Onun müsahibəsinin tərcüməsini olduğu kimi dərc edən virtualaz.org saytını günahlandırmağa çalışıb.

Müsahibədəki fikirlərə Milli Məclisin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, filologiya elmləri doktoru, professor Nizami Cəfərov da münasibət bildirib. N.Cəfərov virtualaz.org saytına deyib ki, Arif Rəhimzadə tarixi dərindən bilir və Azərbaycan xalqının türk xalqlarından biri olduğundan xəbərdardır.

"Arif Rəhimzadənin müsahibəsi hay-küy yaradıb. Arif müəllim tarixi dərindən bilir. O, həmişə tarixi faktlara əsaslanıb danışır. Amma bu dəfəki müsahibədə ifadəsi anlaşılmazlıq yaradıb. Arif Rəhimzadə çox gözəl bilir ki, Azərbaycan xalqı da türk xalqlarından biridir”,-N.Cəfərov əlavə edib.

N.Cəfərovun sözlərinə görə, ruslar Azərbaycan türkləri ilə Türkiyə türklərini çoxdan fərqləndiriblər. Bu tarixi mənbələrdə də əksini tapıb. "Azərbaycanlılara "tatar” deyilməsi də düzgün deyil. Bu fikrə ziyalılarımız etiraz ediblər. Birmənalı olaraq biz türkük”, -deputat qeyd edib.

Ermənilər üçün isə Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında fərq qoyulmayıb: "Ermənilər hər zaman türklər arasında fərq qoymayıblar. Onlar üçün fərqi yoxdur, Anadolu, Osmanlı, Azərbaycan, yaxud İran türkü-hamısına qarşı düşmən mövqeyindədirlər. Hamımız türk mənşəliyik. Arif Rəhimzadənin ifadəsi düşgün qoyulmayıb”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300