Azərbaycan həbsxanalarında olan 24 iranlı məhbus cəzalarının qalan hissəsini vətənində çəkmək üçün bu gün Astara sərhəd keçid məntəqəsi vasitəsi ilə İrana ekstradisiya olunub. Bunu Astara şəhər cəzaçəkmə müəssisəsinin rəhbəri Mehran Şikari deyib.

M.Şikari deyib ki, artıq 23-cü dəfədir ki, Azərbaycan və İran arasında məhkumların ekstradisiyası baş tutur. "Bu məhbuslar İranın Azərbaycandakı səfirliyinin səyi nəticəsində iki ölkə arasında məhkumların ekstradisiyasına dair müqaviləyə əsasən İrana təhvil verilib. Təhvil alınmış məhbuslar karantin müddəti və qanuni prosedur başa çatdıqdan sonra aidiyyəti quruma təhvil veriləcək”.

O deyib ki, Azərbaycandan İrana ekstradisiya olunan məhbusların əksəriyyəti narkotik maddələrlə bağlı ittihamlarla həbs olunublar. "Hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində 170 iranlı məhkum həbsdədir”.

M.Şikari əlavə edib ki, Azərbaycan və İran arasında məhkumların mübadiləsinə dair saziş 1999 –cu ildə imzalanıb. İndiyədək qeyd olunan saziş çərçivəsində Astara sərhəd keçid məntəqəsi vasitəsi ilə 456 məhbus ekstradisiya olunub.(virtualaz.org)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300