Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı fəhləsi küçəsində yerləşən tarixi Hacı Əziz məscidi məhv olmaq üzrədir.

 

BakiPost.az xəbər verir ki, 1836-cı ildə tikilmiş və dövlət tərəfindən qorunan məscidin tavanı tökülüb, divarları isə nəmişlikdən çökmək üzrədir. Məscidin axundu abidənin divarlarının nəm çəkməsinə səbəb kimi tikiliyə qaz verilmədiyini göstərib. O, fevral ayından Bakı fəhləsi küçəsinə verilən qazın təzyiqinin sıfıra endirildiyini deyib:"Balaca məsciddir. Qaz gəlsə, istilik təmin olunar və belə bərbad vəziyyət yaranmaz. Xalçalar da görürsünüz, bərbad gündədir. Aidiyyəti qurumlara şikayət etmişik, nə qədər demək olar? Deyirlər ki, təmir gedir. Nə qədər təmir olar? Yanvarda camaatın şikayəti artdı, qaz verdilər, sevindik. 1 həftə sonra yenə qazın təzyiqini azaltdılar. İndi sıfırdır. Fevral ayından qaz yoxdur. Kimdə motor var, onun qazı gəlir. Kimin ki yoxdur, o qalır soyuqda. Biz hansının pulunu ödəyək? Motor qoşulanda işıq da pul yazır. Biz qaz pulunu ödəyək, yoxsa, işıq pulunu?”

 

Məlumat üçün bildirək ki, "Hacı Əziz” məscidi XIX əsrdə Hacı Əziz tərəfindən tikilib. Məscidin sahəsi 41 m2 təşkil edir və burada eyni vaxtda 35 nəfər ibadət edə bilər.

 

Axund belə davam edərsə, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan məscidin yaxın müddət ərzində tamamilə sıradan çıxacağını bildirib.

 

Qeyd edək ki, bu, Mədəniyyət və Turizm Nazirliyinin balansında olan tarixi abidələrlə, xüsusən də məscidlərlə bağlı ilk şikayət deyil. Bir neçə gün əvvəl "Sovetski” dairəsi yaxınlığında görkəmli şair Mikayıl Müşfiqin heykəlinin götürüldüyü üçün hətta məhkəməyə belə müraciət etməyə hazırlaşan Mədəniyyət və Turizm Nazirliyi bu həssaslığı nədənsə tarixi abidələrdə səgriləmir. Dəfələrlə müraciətlərin edilməsinə baxmayaraq.


Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300