CBC telekanalında erməni jurnalist Syuzan Caqinyan, hüquq
müdafiəçisi Vaan Martirosyan, Ermənistan vətəndaşı Sergey Culakyanın fikirləri
yer alıb
Baku.ws-nin məlumatına əsasən, videoda erməni xalqına və əsgərlərinə müraciət
edən müsahiblər çıxışlarında Ermənistan hakimiyyətinə qarşı çox sərt mövqe
tutublar.
Videoda Syuzan Caqinyan Ermənistanın başında duran hakimiyyətin ölkənin ermənilərsiz
qalması üçün əlindən gələni etdiyi bildirir.
"Bu proqramlardan biri də ordudur. Mən belə düşünürəm ki, sizin yerinizə
orda Köçəryanın, Sərkisyanın və öz xalqından oğurluq edən bütün digər
generalların övladları, uşqları, nəvələri olmalıdırlar. Bu gün Qarabağ müharibəsi
erməni xalqını idarə etmək və onları müti qula çevirmək ücün bir vasitəsir.
Onlara uymayın. Nahəyət ki, erməni xalqının əsl düşmənlərinin kim olduğunu dərk
edin. Sizin həyatınız onlar üçün əhəmiyyətsizdir. Sizi bu münaqişənin sülh yolu
ilə həllini tapmağa çağırıram. Çünki mən şəxsən daha müharibə istəmirəm. İstəyirəm
ki, siz də istəməyəsiniz".
Hüquq mühafizəçisi Vaan Martirosyan:
"Siz əlinizdə silah vətəninizi qoruduğunuzu düşünərkən əsl düşmənlər sizin
arxanızda ana-atalarınızın vuraraq onların çörəklərini əllərindən alır. Onları
həbsxanaya atır, sizin gələcəyinizdən məhrum edirlər. Nə üçün Qarabağdan olan
heç bir insan Qarabağda xidmət etmir? Erməni gəncləri və onların valideynləri
ilə heç bir əlaqəsi olmayan torpaqlar uğrunda erməni əsgərlərinin ölməsinin əsas
günahkarı Sərkisyan rejimidir. Qarabağı ömürlərində bir dəfə də olsun görməyən
irəvanlı gənclər ora göndərilərək nəyin uğrunda vuruşduqlarının fərqinə belə
varmadan həlak olurlar”, – deyə bildirib.
Ermənistan vətəndaşı Sergey Culakyan:
"Yad torpaqlarında qan tökmək nəyə lazımdır? Mən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçmiş erməni gənclərinin bir nümayəndəsi kimi erməni əsgərlərinə müraciət edirəm: silahlarınızı hazırda bizim ölkəni idarə edən əsl düməninizə tərəf çevirin”.