Ədalət RÜSTƏM

Görünür, bu mövzunu vaxtaşırı gündəmə gətirməkdə məqsəd millətimizi, xalqımızı, dövlətimizi əsas hədəflərdən yayındırmaqdır. Ziyalılarımızın, aydınlarımızın, bizim məqsədimiz həqiqəti ortaya qoymaqdır.

Bizim dilimiz türk dilidir. Birmənalı. Talışın, ləzginin, saxurun ana dili Azərbaycan dili deyil, talış, ləzgi, saxur dilləridir.

Keçən il yayda 2 günlüyə Şəkiyə getmişdim. Diqqətlə qulaq asmayanda hətta Şəki ləhcəsini belə başa düşmək çətindir. Bizim Şahbuz şəhərinin qurtaracağında "Gəlmələr" məhəlləsi var. 61-ci ildə Dərələyəz mahalından deportasiya edilmişlərdir. Mənim uşaqlığım o məhəllədə keçib. "Gəlmələr" öz aralarında danışanda biz yerlilər onları başa düşmürdük. Aradan illər keçsə də, yenə də bəzi sözləri ifadə formasına görə başa düşə bilmirdik. 90-cı illərdə Azərbaycana köç etmiş Ermənistan türkləri (onlar əsil Oğuz türkləridir) sözləri ifadə edərkən vurğunu birinci hecaya salırlar: Zibaa əvəzinə Ziiba, İngiltərəə əvəzinə İingiltərə (vurğu olan yerlərdə 2 hərf yazılıb. Nəticədə Ziibanın kim və ya nə olduğu anlaşılmır.

Dilimizə fars, ərəb sözlərinin keçməsinə gəlincə, bu da təbii prosesdir. Ərəblərin istilasına məruz qalmışıq, yüz illərlə İran (fars) imperiyasında yaşamışıq. O üzdəndir.

Bütün dillərdə qonşu dillərin sözləri var. Osmanlı-türk dilində də kifayət qədər ərəb, fars, ispan, fransız, italyan, alman sözləri var. Qazax türkcəsinin 30-40%-i rus-çin sözləridir. Erməni yazıçısı Xaçatur Abovyan yazır ki, erməni dilində sözlərin yarısı türk sözləridir. Hətta erməni dilində bütöv türk cümlələri də işlədilir. "Русские фамилии туркского происхождения" kitabında Uşakov (uşaq), Aksakov (axsaq), Karamzin (Qara Mirzə), Odunov və s. soyadlar nümunə göstərilir. Türk mənşəli rus sözləri də kifayət qədərdir: izyum, maqarıc, Saratov (Sarı tau - sarı dağ), Odintsevo (odun), uzun, hündür, bol, kalan mənasında kalança, kolbasa (qol bas), denqi (tenge - Qazağıstanın pul vahidi), oçaq (ocaq), arık (arx), alıça (alça), tamojnaya (damğa, qədimlərdə möhür əvəzinə sənədlərə qızdırılmış dəmir basardılar -damğa)...

Rusiyanın şimalında "O" səsini olduğu kimi səsləndirirlər, cənublular bəzən deyilən sözü başa düşmürlər.

Səudiyyə Ərəbistanında çoxluq təşkil edən millət ərəblərdir. Ərəb dili də dövlət dilidir. Təbii ki, Səudiyyə Ərəbistanında ərəblərlə yanaşı ermənilər, farslar, türklər, azərbaycanlılar, ruslar (ən azından ərəblərə ərə getmişlər), yəni digər millətlərin nümayəndələri yaşayırlar. Azərbaycandakı kimi, Ukraynadakı, Avstraliyadakı kimi... Onların əksəriyyəti Səudiyyə Ərəbistanının vətəndaşlarıdır. Amma ərəb deyillər. Türkdürlər, ermənidirlər, farsdırlar, rusdurlar... Lakin Səudiyyə Ərəbistanlılarıdır. Çoxluq təşkil etdiklərinə görə dövlət dili ərəb dilidir, Səudiyyə Ərəbistanı dili deyil. Ərəb dilidir, Qatar dili deyil, ərəb dilidir, Sudan, Livan, Liviyal, İraq,Yəmən dili deyil.

Həmin ölkəllərdəki ərəb dilləri də bir-birindən o qədər fərqlənir ki, Misir ərəbi Livan ərəbını, İraq ərəbi Yəmən ərəbini, Sudanın cənublusu hətta şimallısını, Livanın xristian ərəbi müsəlman ərəbini başa düşmür. Qaqauz türkləri, İraq türkmənləri eynən bizim kimi danışırlar. Uyğurları, Krım tatarlarını (türklərini) biz çox asan başa düşürük. Amma Krım tatarları Qazan tatarlarını, başqırdlar tatarları, məhsəti türkləri Türkiyə türklərini, türkmənləri, biz Qazan tatarlarını, Türkmənistan türkmənlərini, başqırdları, tuvalıları coğrafiyalarımızın uzaqlığına görə anlamırıq. Demək, bir-birimizi çətin başa düşürüksə, başa düşmürüksə, biz, yaxud onlar türk deyillər? Bu nə məntiqdir?

Bu ölkədə çoxluq təşkil edən millətin dili niyə türk dili yox, Azərbaycan dili adlandırılmalıdır? Biz - türklər, talışlar, avarlar, saxurlar, albanlar, budıklar, qrızlar avtoxton xalqlarıq, Azərbaycan torpağının əsl sahibləriyik. Hələ siyahını artırmaq da olar. Nədən türklərin dili Azərbaycan dili olmalı, talışların, avarların, tatların, saxurların, budıkların, qrızların dili talış, avar, tat, saxur, budık, qrız dili adlandırılmalıdır.

Sonuncu məsələ. Nədən 2 minlik xınalıqlıların dili xınalıq dili (olduğu kimi), 50 milyonluq böyük bir xalqın (İran Azərbaycanı, Azərbaycan Respublikası, Gürcüstan türkləri, Ermənistan türkləri, Dərbənd türkləri) dili öz adı ilə, olduğu kimi yox, yaşadıqları məkanın, coğrafiyanın adı olmalıdır?

Naxçıvan dili deyə bir dil olmadığı kimi, Azərbaycan dili də yoxdur.

 

(musavat.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300