Kreml səfiri geri çağırmağa hazırlaşır

ABŞ-ın ədliyyə naziri və baş prokuroru Ceff Seşns istefa verib. O, Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla gizli əlaqələrinin olmasına dair iddiaların təsdiq olunmasından sonra tutduğu postu tərk etmək qərarına gəlib. Qeyd edək ki, Rusiya səfiri ilə gizli görüşlərin və telefon danışığının keçirilməsi faktına görə son bir ayda Donald Tramp adminstrasiyasında baş vermiş ikinci qalmaqallı istefa hadisəsidir. Fevral ayında isə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn Rusiya səfiri ilə telefon danışığı aparması barədə məlumatı ölkə rəhbərliyinə heç bir məlumat vermədiyinə görə vəzifədən kənarlaşdırılmışdı.

İndi isə ədliyyə naziri və baş prokurorun səfir Kislyakla gizli görüşərək müzakirələr aparması faktı ABŞ-ın siyasi gündəmini silkələyib. Üstəlik, Sergey Kislyakın ABŞ-da casusluqla məşğul olması barədə informasiyaların yayılması Vaşinqtonla Moskvanın münasibətlərindəki gərginliyi bir qədər də artırıb.

Ceff Seşnsın ABŞ-da 2016-cı ilin prezident seçkiləri öncəsi Rusiyanın fövqəladə və səlahiyyətli səfiri ilə görüşdüyü bildirilir. Ona görə də onun istefasından dərhal sonra ədliyyə və naziri və baş prokuror vəzifəsini müvəqqəti icra edən Ceyms Benti Rusiyanın ABŞ-dakı seçki prosesinə müdaxiləsinə dair iddiaları araşdırmağa başlayıb. Sabiq ədliyyə naziri isə ruslarla heç bir iş görm’diyini söyləyərək belə bir təhqiqatı aparmaqdan imtina etmişdi.

Lakin sonradan Ceff Seşnsın Rusiya səfiri ilə təklikdə görüşdüyünü etiraf edərək ABŞ və Rusiya arasında diplomatik skandal yaradıb. Kreml öz diplomatına nə qədər bəraət qazandırmağa çalışsa da D.Tramp adminstrasiyasında iki yüksək vəzifəli şəxsin casus ittihamı ilə istefaya getməsi ABŞ cəmiyyətində Ağ Evin Rusiya ilə məxfi əlaqələrinin olmasına dair şübhələri artırır. Bu isə öz növbəsində prezident Tramp başda olmaqla yeni hakimiyyətə qarşı müxalifətə daha ciddi tənqidi arqumentlər yaradır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələyə münasibətini özünün Facebook səhifəsində ABŞ-ın Moskvadakı səfiri Con Teffə xəbərdarlıq yazmaqla bildirib. Zaxarova CNN telekanalının Sergey Kislyakın ABŞ ərazisində casusluqla məşğul olduğu barədə yaydığı süjeti təkzib edib.

Ancaq səfir Kislyak Sovet dövründə karyera qazanmış, yəni xüsusi xidmət orqanları ilə əlaqəli olan təcrübəli diplomatlardan sayılır. O, 1998-2003-cü illərdə Rusiya Federasiyasının Belçikadakı səfiri və eyni zamanda, NATO yanındakı sabiq nümayəndəsi olub. 2003-2008-ci illərdə Rusiya xarici işlər nazirinin müavini işləyən Sergey Kislyak Amerika ölkələri ilə iş üzrə idarəyə rəhbərlik edib. Ona görə də səfir Kislyak savadlı, Amerikanı yaxşı bilən mütəxəssis kimi tanınır.


"The Daily Telegraph” isə S.Kislyakın ziddiyyət yaradan diplomat olmadığını, beynəlxalq tədbirlərdə əsasən qlobal elçi kimi tanındığını yazır. Rusiyanın ABŞ-dakı səfirliyinin sabiq əməkdaşlarından biri "Gazeta.ru”ya verdiyi açıqlamada Maykl Flinnin Sergey Kislyakla telefon danışığı zamanı konfedensial məsələləri müzakirə etməsini inandırıcı olmadığını deyib: "Əgər o, hər hansı məxfi bir informasiyanı Rusiya səfirinə çatdırmaq istəsə idi, bunu açıq telefon zəngi ilə etməzdi. Çünki telefonların dinlənildiyini bilirdi”-adıçəkilən mənbə belə yazır.

Lakin martın 3-də "The New York Times” Rusiya səfirinin ABŞ-da casusluq fəaliyyəti ilə məşğul olması barədə məqalə dərc edib. Qəzet Rusiya diplomatının yalnız M.Flinn və C. Seşnsla deyil, həmçinin ötən ilin dekabr ayında Donald Trampın kürəkəni və baş müaviriCaredKuşnerlə Nyu-Yorkdakı "Trup Tower” qülləsində görüşdüyünü xəbər verir.

Ceff Seşnsa gəlincə, o, yanvar ayında ədliyyə naziri və baş prokuror vəzifəsinə təsdiq olunarkən ruslarla iki dəfə məxfi görüşməsi barədə Senatda ona ünvanlanan sualların cavabında həmin məlumatların yalan olduğunudeyib. Lakin martın 2-də sabiq ədliyyə naziri və baş prokuror Rusiya səfiri ilə öz kabinetində görüşdüyünü etiraf etməli olub. Ancaq o, S.Kislyakla sadəcə olaraq, terrorizmlə mübarizə və Ukrayna məsləsinə dair fikir mübadiləsi apardığını deyib.

Rusiya mediası yaranmış qarşıdurmanın aradan qaldırılması üçün Kremlin və Ağ Evin yaxın vaxtlarda diplomatik gedişlər etməyə hazırlaşdığını yazır. Siyasi dairələrdən alınan məlumatlara görə, Rusiya ABŞ-la münasibətlərdəki casus qalmaqalını aradan qaldırmaq üçün yaxın vaxtlarda 66 yaşlı Sergey Kislyakı geri çağıracaq. Artıq Kremldə Kislaykı başqası ilə əvəzləmək haqqında düşünürlər. Eyni zamanda, Ağ Evdə də ABŞ-ın Rusiyadakı səfirini dəyişməyə hazırlaşırlar. Ancaq Rusiya səfirini indiki məqamda "atəş altından çıxartmaq” Moskvada zəiflik kimi qiymətləndirilə bilər.

Müşfiq Abdulla, cebhe.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300