"Şəhidlərimizi hər gün anaq" layihəsinin davamı olaraq bu şəhid cahangir Abdullayev haqqında məlumat verəcik.
Abdullayev Cahangir Tofiq oğlu 1971-ci il oktyabr ayının 4-də Neftçala şəhərində dünyaya gəlib.Orta məktəbin 8-ci sinifini bitirdikdən sonra texniki-peşə məktəbində oxuyur.Təhsilini bitirdikdən sonra Rusiyaya hərbi xidmətə yola düşür.Hərbi xidmətini Samara şəhərində başa burur.
1993-cu il mayın 30-da Milli ordunun sıralarına qatılır. 5 Mart 1994-cu il Füzulinin Horadiz kəndi uğrunda gedən döyüşlərdə həlak olur.Məzarı Neftçala Şəhidlər xiyabanındadır.
Tamella Əliyevanın "Analar deyir ki..." kitabında Cahangir Abdullayevin anası Şərqiyə ana bunları deyir: 
"Yamanca dəymə-düşər idi, ancaq kini yox idi.Burdan küsüb, ordan barışardı.Olduqca şən idi. Ancaq Ceyhun (qardaşı) onun tam əksidir.Cahangir nə qədər şən idisə, Ceyhun o qədər qaraqabaqdır.Sözü-söhbəti bacısı Füruzə ilə idi.İndi də tez-tez Firuzənin yuxularına girir.Yamanca qəmli olur yuxularda,heç nə danışmır.Nə danışsın axı?!yarımçıq qalan arzularından, doymadığı ev-eşikyimizdən?! Nədən danışsın...
Cahangir hərbi xidməti başa vurub gələndə (Samaradakı xidmət nəzərdə tutulur-red.) Ceyhunda Litvada hərbi xidmətdə idi.Ona görə də Cahangiri bir müddət ordu sıralarına çağırmadılar.1993-cü il mayın 30-da yola düşdü.Əvvəlcə Gəncəyə apardılar.4 iyun hadisələrində yaralandıvə onu evə buiraxdılar.Elə bu müddətdə atası rəhmətə getdi.Atasının 40 mərasiminə kimi evdə qaldı.
Sonuncu dəfə dekabrın 12-si evdən getdi.Heç bikef deyildi.Gedəndə dönə-dönə dedi ki,  Bir də 1994-cü il martın 5-də gələcəm. Martın 1-i idi, həm də birinci çərşənbə axşamı idi.Evdə yır-yığış edirdik, çünki Tofiqin qara bayramı yaxınlaşırdı.Elə bu vaxt Cahangirin dostu Əminağa içəri girdi.Dedi ki, döyüşdə çoxlu əsgər həlak olub, nə qədər Cahangiri axtardımsa, yaralıların içində tapa bilmədim.
Elə bil ürəyimdə nəsə qırıldı.Hətta bir az kobud şəkildə Əminağaya dedim ki, deyəsən dəli olmusan.Cahangir yaralıların içində niyə olsun ki.Deyib ki,ayın 6-da gələcəm.Bir iki günə gəlib-çıxar.
Gəldi balam, sözünə vədəsinə xilaf çıxmadı.Ancaq necə gəldi?! Qara tabutda, dostlarının çiynində".
 
Əzizim qara bağlar,
Ağ geyən,qara bağlar.
Dərdin oğul yarası,
Təbibim qana bağlar.
 
Allah rəhmət eləsin
 
Uluyol.info, Elvin İBRAHİM

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300