Vaxtilə "Azərbaycan dili” əvəzinə "Türk dili” tədris olunurdu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və məlumatlı olması nəticəsində "Azərbaycan dili” dərsliklərə salındı. Axı necə ola bilər ki, dilimiz Azərbaycan dili olsun, özümüz isə türk? Məgər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan türkdür? Bunların mənşəyi türkdür. Amma hərəsinin öz adı var.

Bu fikirləri Ölkə.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.

Komitə sədri qeyd edib ki, Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Çexiya və digər ölkələrin əhalisi slavyan mənşəlidir:

"Ancaq hər birinin öz milləti və xalqının adı var. Xalqın adı da əraziyə görə müəyyənləşir”.

A.Rəhimzadə türkçülüklə bağlı səsləndirdiyi fikirlərin doğru olduğunu və buna görə üzr istəməyəcəyini deyib:

"Mən nə üçün üzr istəməliyəm? Səviyyəsiz adamlar idi, yığılıb sosial şəbəkədə məni təhqir edirdilər. Ancaq mən azərbaycanlı olmağımızla bağlı fikirlərimdə qalıram. Bu bizim konstitusiyamızda da əksini tapıb. Bizim dilimiz Azərbaycan dilidir. Bu gün ABŞ-da yaşayanlar necə adlanır? Amerikalılar. Ancaq ABŞ-da etnik ingilislər, fransızlar, türklər, almanlar, slavyanlar, yəhudilər və digər millətlərdən adamlar var. Xalq kimi, hər kəs amerikalı hesab olunur. Azərbaycan da belədir. Başqa cür də ola bilməz. Bizim dilimiz Azərbaycan dilidirsə, milliyətimiz də azərbaycanlıdır. Biz məgər türkük? Elə şey olar? Əlbəttə ki, azərbaycanlıyıq. Ulu öndər Heydər Əliyev necə deyirdi? Mən fəxr edirəm ki, azərbaycanlıyam. Bütün bunları anlamayan adamlar gəlib mənim ünvanıma fikirlər səsləndirir. Onların əksəriyyəti Xalq Cəbhəsinin tör-töküntüləridir. Çox təəssüf ki, kifayət qədər savadı olan adamlar da bunu söyləyirlər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300