Sosial şəbəkələrdə erməni əsgərlərin səngərdəki görüntüləri və açılan atəş səslərinə reaksiyası diqqət çəkib.

A24.az-ın məlumatına görə,görüntülərin kim tərəfindən lentə alındığı məlum olmayan videoda erməni əsgərlər cəbhədə baş verənləri şərh edib. Video sosial şəbəkədə "Erməni səngərlərindən görüntülər: Gözlərində qorxu, səslərində titrəyiş…” başlığı ilə verilib.

Erməni əsgərlərin videodakı danışıqlarını təqdim edirik:

* Hər gün: səhər və axşam… Bu dözülməzdir…

* Bizim bir gün belə olsun sakitliyimiz yoxdur. Hər gecəmiz bax, belə dəhşətdir. Çoxlarının psixikası buna dözmür. Ötən həftə əsgərin biri dəli oldu və silahla özünü ayağından vurdu. Əsgər çox qan itirdiyi üçün öldü. Biz hökumətdən xahiş edirik ki, buna əngəl olsun. Digər mövqelərdə təkcə ötən gecə 3 əsgər hərbi xidmətə yarasız elan edildi. Biz hər gün komandirlərə hesabat veririk ki, vəziyyət çox çətindir. Lakin bizi heç kim eşitmir.

* Orda ordu dayanır. Onlarda ən son texnologiya, hərbi silahlar var. Onlar bizim ən son addımımızı belə görür. Hətta bizim mobil telefon danışıqlarımıza da qulaq asırlar. Dünən səhər biz yerdə Azərbaycan aksizi olan bir ədəd siqaret qutusu aşkarladıq və onlar qutunun üzərində erməni dilində "Salam, vazgenlər!” yazmışdı. Bu o deməkdir ki, azərbaycanlı kəşfiyyatçılar istədikləri vaxt bizi dovşan kimi kəsə bilər. Bizim hətta postlarda əsgərlərimiz də çatmır.

Sözügedən görüntüləri təqdim edirik:

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300