Bu gün səhər Qəbələdə İcra Hakimiyyətinin binası önündə aksiya keçirilib.

Maldarlıqla məşğul olan bir qrup fermer, onların örüş torpaqlarının əlindən alınmasına etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçılarından birinin "Basta”ya verdiyi məlumata görə, piketə 100-dən artıq etirazçı qatılıb.

"Torpaqlarımız əlimizdən alınır. "Küdrü” adlanan ərazidə bizim daim istifadə etdiyimiz örüş torpaqlarımız var. Əlimizdə müqavilələrin olmasına baxmayaraq, məmurlar torpaqlar əlimizdən alır. Deyirlər burada pambıq əkiləcək. Ora düzənlikdir və orada heç vaxt pambıq əkilməyib. Bu, bizim təsərrüfatlarımızın məhv olması, minlərlə insanın işsiz, çörəksiz qalması deməkdir”, – mənbə bildirir.

Məlumatda qeyd edilir ki, hazırda icra hakimiyyəti rəhbərliyi ilə etirazçıların nümayəndələri arasında danışıqlar başlayıb.

Mustafa Hacıbəyli, bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300