MKİ iddiaları təsdiq və ya təkzib etməyib

Wikileaks saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) geniş miqyaslı izləmə vasitələrinə malik olması barədə xəbər yayıb.

İddia edilən kiber-silahlara, Windows, Android, iOS, OSX və Linux kompüterləri və internet yönləndiricilərə təsir edən zərərli proqramlar daxildir.

Bəzi proqram təminatlarının daxildə inkişaf etdirildiyi deyilsə də, Böyük Britaniynın MI5 agentliyinin Samsung TV üçün bir casus proqramının hazırlanmasına kömək edib.

MKİ-n sözçüsü detalları təsdiq etməyib.

Edward Snowden məlumat sızmasının həqiqiliyi haqqında tvit paylaşıb: Hələ də çap üzərində işləyirəm, lakin Wikileaks-n əldə etdiyi məlumatlar adi bir şey deyil. Həqiqətə bənzəyir.

Böyük Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü şərh verə bilməyib.

Wikileaks bildirib ki, detalları yayan mənbə, MKİ-n izləmə imkanlarını səlahiyyətindən daha artıq istifadə edib-etmədiyi müzakirə mövzusudur.

Televizordan izləmə

2014-cü il iyun tarixli sənədlərə əsasən, Samsung-n F8000 seriyalı ağıllı televizorlarına, Weeping Angel kod adı verilib.

Onlar "saxta-söndürülmə" rejimi qurublar ki, bu da istifadəçiləri ekranlarını söndürdüklərinə inandırır.

Sənədlərdə göstərilib ki, təsirə məruz qalan televizorlar, gizli səs yazma funksiyasına malikdirlər. Belə ki, televizor yenidən qoşulduqda WI-Fİ əlaqəsi bərpa olunur və MKİ səsyazmanı internet vasitəsilə əldə edə bilir.

"Gələcək iş" hissəsi altında, video görüntülərin çəkilməsi də mümkünlük kimi göstərilib.

Samsung iddialara şərh verməyib.

Apple hücumları

Wikileaks həmçinin iddia edir ki, MKİ ötən ildən bəri, 24 Andorid "sıfır-günləri" - kodda əvvəldən bilinməyən təhlükəsizlik qüsurlarına verilən termin - arsenalı təsis edib.

Onlardan bəzilərinin MKİ tərəfindən aşkarlandığı bildirilsə də, qalanlarını Britaniyanın GCHQ agentliyi və NSA və adı göstərilməyən üçün tərəflər ortaya çıxarıb.

Samsung, HTC və Sony tərəfindən istehsal olunan qurğular, MKİ-ə Whatsapp, Signal, Telegram və Weibo və digər yazışma xidmətlərində yazılan mesajları oxumaq imkanı verib.

Məlumatda, iPhone və iPad-ları hədəfləyən xüsusi MKİ qrupu haqqında da yazılıb. Bu, hədəfin yerini müəyyənləşdirmə, onların qurğusunun kamera və mikrofonun aktivləşdirmə və mesajları oxuma imkanları yaradacaq.

Qrupa, GCHQ, NSA və FBI-dan əldə olunan iOS "sıfır-günləri" məlumatlarından istifadə icazəsi verilib.
Digər iddialarda deyilir:

MKİ kompüterlə idarə sisteminə malik avtomobillərə təsir etməyin yolları axtarırmış. Wikileaks bunun, təsbit edilə bilməyən sui-qəsdləri müəyyənləşdirmək üçün edildiyini deyir.

MKİ məlumatlar bazasında böyük informasiya kütləsi mövcuddur, ona görə də ağıllı televizorlar -barəsində çıxan xəbər təəccüblü olmadı. Adi tədqiqatçıların bənzəri hücumları bacardığını nəzərə alsaq, bu cür ağıllı dövlət orqanının daha artığını etmək iqtidarı adi haldır.

Maraqlı olan isə bunun iPhone və Android mobil telefonlarında baş tutduğudur.

Apple, iOS-in təhlükəsiz olması üçün dayanmadan işlədiyini bildirir və bu yaxınlarda Google da idarəetmə sistemini təhlükəsiz etmə üzərində işlədiyini elan etmişdi.

Xəfiyyə agentlikləri üçün bu alətlərə giriş əldə etmək çox mühümdür. Çünki insanlar telefonlarını hər yerə aparırlar.

MKİ-nə ən pis təsir edən şeyin, sıfır günlərinin ortaya çıxması və ziyanlı proqramların detallarının aşkarlanması ola bilər.

Sıfır günləri artıq MKİ üçün bir müddət mümkün olmayacaq, lakin, heç şübhəsiz ki, onların, istifadəsiz və tətbiqə hazır başqa vasitələri var.

Potensial olaraq ən çox narahatedici məqam odur ki, detalların yayılması, onları bədniyyətli insanlar üçün əlverişli edir (BBC).

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300