ABŞ prezidenti Donald Tramp Fələstin
lideri Mahmud Abbası Ağ Evə dəvət edib.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fələstin
liderinin nümayəndəsi Nabil Əbu Rudeyn bəyan edib.
"Bu gün Donald Tramp ilə Mahmud Abbas arasında telefon danışığı olub. Söhbət
zamanı ABŞ prezidenti Fələstin liderini Ağ Evə dəvət edib”, deyə Fələstin
liderinin nümayəndəsi bildirib.
Bundan əvvəl Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə
görüşdə Yaxın Şərq probleminin həllində maraqlı olduğunu bəyan edib. Trampın qənaətinə
görə, BMT qətnamələrinə baxmayaraq, İsrail-Fələstin münaqişəsinin həlli yolu
vahid dövlətin yaradılmasından keçir.
Ulu Yol Xəbər portalı » Siyasət » Tramp Mahmud Abbası Ağ Evə dəvət edib
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/