Suriyanın paytaxtı Dəməşqin Bab Musalla rayonunda iki ardıcıl partlayış baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 40 İraq vətəndaşı həlak olub, 120 nəfər isə yaralanıb.
Xəbərdə deyilir ki, iraqlılar Bab as-Saqir rayonunda müqəddəs türbəni ziyarət edirdilər.