Bakıda qeyri-adi hadisə baş verib."Best FM" internet radiosunun əməkdaşı, baş prodüser vəzifəsində çalışmış Elxan adlı şəxsin atası tərəfindən döyüldüyü iddia edilib.

Bu haqda "Best FM" internet radiosunun rəhbəri Aqil Böyükxanoğlu sosial şəbəkədə yazaraq onun fotolarını paylaşıb:

"Bizim radionun (internet üzərindən fəaliyyət göstərir - red.) Elxan adlı əməkdaşı atası tərəfindən döyülüb. Ata oğlunu evə az pul gətirdiyi üçün saçını qırxıb və döyüb”, - deyə Aqil Böyükxanoğlu bildirib.

Radio rəhbərinin sözlərinə görə, əməkdaşları atası tərəfindən ilk dəfə zorakılığa məruz qalmır:

"İlk dəfə atası Elxanı vuranda, mən müdaxilə etmişdim. O da söz vermişdi ki, bir də oğluna əl qaldırmayacaq. Daha sonra külqabı ilə oğlunu vurub və qaşını yarıb. Biz bunu da bağışladıq. Xəbərdarlıq etdik ki, bir də belə hal təkrarlansa, biz oğlunuzun şəkillərini mediada paylaşacağıq”.

A.Böyükxanoğlu bildirib ki, atası Elxanın ortancıl qardaşını da pul üstündə döyüb və oğlan buna görə evdən qaçmışdı.

"Elxanın atası spirtli içki düşkünüdür. Bir oğlunu da döymüşdü. Oğlan da evdən qaçmışdı. Biz də sonradan onu evə qaytardıq və ata da söz verdi ki, bir də belə hal təkrarlanmayacaq. Lakin sonradan o, Elxanı vəhşicəsinə döydü. Bu barədə polisə müraciət etmişik. Daxili İşlər Nazirliyindən də məsələ barədə ölçü götürüləcəyi bildirilib”, - deyə o, əlavə edib.(olke.az)

Bakıda film kimi hadisə: Ata övladı az pul qazanır deyə başını qırxaraq döydü + FOTOLARBakıda film kimi hadisə: Ata övladı az pul qazanır deyə başını qırxaraq döydü + FOTOLAR

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300