Hollandiya Türkiyəyə qarşı həyasızlıq edir.

Bu sözləri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

"Onlar (Hollandiya) Türkiyənin daha güclü bir rejim olacağından qorxur. 16 apreldə referendum olacaq və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın əlində böyük səlahiyyətlər cəmləşəcək. Bu, Qərb üçün böyük təhdid ola bilər. Çünki Qərb hər yerdə parlamentli sistemin olmasını istəyir. Bu necə demokratiyadır? Türk nazir öz soydaşları ilə görüşə bilmir. Nazirin əllərindən tutub, sərhədə aparırlar. Budurmu demokratiya? Bir vaxt Türkiyə ilə əlaqələrimizi korladılar. Ərdoğan bir dövlət başçısı olaraq bizimlə normal əlaqələr yaratmaq istəyir”, - partiya lideri əlavə edib.

Jirinovski Ərdoğanla görüşünü də xatırladıb:

"Ticarətlə, sülhlə cənuba enək. Türklər də şimala gəlsin. Onlar bizi sevir. Ərdoğanın nə üçün məni qəbul etdiyini bilirsinizmi? Çünki mən Türkiyənin əsl dostuyam. Mahnıda deyildiyi kimi, "Sən olmasaydın Türkiyə, bu həyat nəyə yarayardı?”//axar.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300