Suriyada 2016-cı ildə 652 uşaq ölüb.
APA-nın xəbərinə görə, bu barədə "112.ua” BMT-nın hesabatına istinadən məlumat yayıb.
Uşaqlardan 255-i məktəblərdə və onların ətraf ərazilərində ölüb. Hesabata əsasən, Suriyada uşaq meydançaları, parklar, evlər, məktəb və xəstəxanalara edilən hücumlar səngimir. Bildirilir ki, bu hücumların arxasında həm hökumət qüvvələri, həm də onlara qarşı vuruşan müxalifət və onların müttəfiqləri dayanır.
Hesabata əsasən, ötən il Suriyada 1.7 milyon uşaq məktəbə getməyib, ölkədə hər üçüncü məktəb tədris üçün yararsızdır. 2.3 milyon suriyalı uşaq isə bütün Yaxın Şərqə səpələnərək qaçqın həyat tərzi sürür.
Hesabat Suriyada vətəndaş müharibəsinin başlanğıcı sayılan geniş miqyaslı anti-hökümət etirazının altıncı ildönümünə iki gün qalmış dərc edilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300