ARB TV-nin "Pəncərə” verilişində "Barselona”nın ötən həftəki qələbəsi haqda sujet yayımlanıb.

"Barselona” səfərdə 0:4 hesablı məğlubiyyətin intiqamını "PSJ"-dən doğma divarlar arasında artıqlamasıyla çıxdı.

İtirməyə kiminsə yaxud nəyinsə varsa, məntiqli davranacaqsan. Düşünəcəksən. Mümkün olan bütün variantları yoxlayacaqsan. Amma itirməyə heç kimin yaxud heçnəyin yoxdursa, bax onda təhlükəlisən, qarşısıalınmazsan və mümkün olan olmayan bütün yollardan keçəcəksən.

Gözlənilməz olan hər şey həm də unudulmaz olur. Və o qələbə tarixdə yaşayır ki, o gözlənilmədən qazanılır. O gecə meydanda baş verənlər nə faciədir, nə də bayram. Bu sadəcə real həyat hekayəsi idi. Yaxud sənədli film də demək olar. Bu filmin aktyorları isə iki cəbhəyə bölünmüşdülər. 1-ci cəbhədə "olum ya ölüm” şüarı altında sonuncu döyüşünə çıxan qəzəbli katalonlar, digər cəbhədə isə artıq bir dəfə özünü sübut etmiş romantik parisli oğlanlar yer almışdı. Oyun başlar başlamaz tarixi matçın ilk qol zəngi çalındı. Bu yaxın 87 dəqiqə ərzində fransızları nələrin gözlədiyini xəbər verən ilk ismarıc idi. 40-cı dəqiqədə gələn 2-ci qol yenicə közərən alova benzin tökdü. Yəni doğrudanmı möcüzə baş verə bilər? Milli komandamızın "niyə də yox” şüarını praktik olaraq nümayiş etdirən ev sahibi 50-ci dəqiqədə qonağı gəlişinə peşman etdi. Hər ötən dəqiqə fransızları növbəti tura, katalonları isə peşman nəticəyə doğru aparırdı. Amma nəticə "tələsmə, Zaur, tələsmə” deyirdi. Çünki fransızların planları alt üst olmaqda idi.

88 və 90-cı dəqiqələrdə vurulan qollar isə bizə öz tariximizi xatırlatdı. 88 və 90-larda ölkəmizdə yaşanan meydan hərəkatı, xalq birliyi və bu gün eyni rəqəmlər bu dəfə il deyil, dəqiqə şəklində yeni meydan hərəkatını yaratmaqda idilər. Futbol meydanında yaşanan bu hərəkat hərəkətsiz şəkildə dondurmuşdu milyonlarla izləyicini. İnanılmazdı. Axı bütün bunlar necə baş verir. Ümumiyyətlə nə baş verir? Vurulan qolların şokunu çiyinlərində daşıyan və Katalon əzmkarlığı qarşısında diz çökən ParisenJermenli futbolçular oyuna artırılmış 5 dəqiqənin sonunda aldıqları zərbə ilə kürəklərini yerə qoydular. Bu dünya futbolunun görmədiyi və bundan sonra da görməyəcəyi bir tarixdir. Bu gələcək nəslə göstərilə biləcək ən dramatik futbol tamaşasıdır. Bu tamaşada heç kim hansısa rolu ifa etmirdi. Burda hər kəs özü idi. Burda hər şey real baş verirdi. Katalon toreadorları paris inqilabçılarına 21-ci əsrdə əsl inqilabın necə olduğunu canlı olaraq göstərdilər. Bu futbol aləmində geri dönüşü olmayan unudulmaz bir geridönüş oldu. Futbol matçı ütülü köynək, yaxud cərrahiyyə masası deyil ki, qırışsız və səhvsiz mənzərə gözləyəsən. Bura mübarizə meydanıdır və bu meydan bütün səhvləri, kobudluqları, çılğınlıqları ilə bütövdür, gözəldir, qəbulediləndir və böyükdür.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300