Seçkidən əvvəl keçirilən rəy sorğusunun nəticələrinə əsasən, Gert Vildersin partiyası liderdir

Niderland krallığında parlament seçkiləri başlayıb.

"Report” BBC-yə istinadən xəbər verir ki, parlamentdəki 150 yer uğurunda 28 siyasi partiya mübarizə aparır.
İnformasiyaya əsasən, əsas rəqabətin sağ liberal yönlü, hazırkı baş nazir Mark Rüttenin "Azadlıq və Demokratiya uğrunda Xalq Partiyası” ilə Gert Vildersin ifrat sağ yönlü "Azadlıq Partiyası” arasında olacağı gözlənilir.

Siyasi müşahidəçilərin fikrincə, səsvermə ölkə vətəndaşlarının milliyyətçi hissinin yoxlanması və populizmin Niderlandda möhkəmlənməsinin göstəricisi olacaq.

Məlumata görə, seçkidən əvvəl keçirilən rəy sorğusunun nəticələrinə əsasən, Vildersin partiyası liderdir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300