Çempionlar Liqasında 1/8 finalın daha iki görüşündə cavab matçları oynanılıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar İtaliya və İngiltərədə baş tutub.

İlk görüşdə səfərdə "Porto”nu məğlub etmiş "Yuventus” növbəti oyunda da qələbəyə sevinib. Turində keçirilmiş oyunda meydan sahibləri minimalhesablı qələbəyə seviniblər. Dibalanın ilk hissənin sonlarında penaltidən vurduğu qol matçda yeganə olub. Azlıqda qalan "Porto"nun ümumilikdə 3:0 hesabını dəyişməyə gücü çatmayıb.

Bu oyunla müqayisədə günün digər qarşılaşması daha gərgin mübarizə vəd edirdi. İngiltərə çempionu "Lester” İspaniyada məğlub olduğu "Sevilya”nı doğma meydanda büdrətməli idi. Bu işdə ingilislərə səfərdə vurulan qol da kömək ola bilərdi. Hadisələr isə plana uyğun gedib. Premyer Liqadakı uğursuzluqlardan sonra Klaudio Ranyeri ilə yolları ayıran "tülkülər" Avropanın ən nüfuzlu klub turnirində yoluna davam etməyə nail olub. Rəqibinin qapısından iki cavabsız top keçirən komanda adını növbəti mərhələyə yazdırıb.


UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
14 mart

"Yuventus” (İtaliya) – "Porto” (Portuqaliya) - 1:0
Qol: Dibala, 42
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
İlk oyun – 2:0

"Lester” (İngiltərə) – "Sevilya” (İspaniya) - 2:0
Qollar: Morqan, 27, Olbrayton, 54
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 1:2

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300