Avstriyalı həkim Rudolf Broys hazırladığı resepti ilə xərçəng və digər sağalmaz xəstəliklərdən əziyyət çəkən 45 000 adam xilas etdiyini iddia edir.

Publika.az xəbər verir ki, Rudolf Broys bütün ömrünü faktiki olaraq xərçəngin müalicəsinin aşkarlanmasına həsr edib.

Avstriyalı həkim xərçəng xəstəliyinə qarşı mübarizədə müstəsna nəticələri təmin edən bu nadir şirə reseptini tapıb. O, xərçəng və digər sağalmaz xəstəliklərlə mübarizə aparan 45 000 nəfərdən çox xəstəni sağalda bilib. Broys qeyd edib ki, yalnız zülalların köməyi ilə xərçəngin müalicəsi mümkündür. Broys 42 gün davam edən unikal qida sistemini işləyib hazırlayıb.

O, sadəcə çay və tərəvəz şirəsi içməyi təklif edir, çuğunduru isə onun əsas inqrediyenti kimi qəbul edir. Bu 42 gün ərzində xərçəng hüceyrələri aclıq çəkir və ölürlər. Bu vaxt ərzində xəstənin ümumi sağlamlıq vəziyyəti yaxşılığa doğru gedir. Bu nadir şirəni hazırlamaq üçün sizə təbii şəkildə yetişdirilmiş tərəvəzlər lazım olacaq.

Lazım olan ərzaqlar:

Çuğundur (55%)

Kök (20%)

Kökü kərəvizi (20%)

Kartof (3%)

Turp (2%)

Bütün komponentləri blenderlə qarışdırmaq lazımdır. Bununla da müalicəyə başlamaq olar.

Çuğundur В1 В2, В6, fol və pantoten turşularıyla, habelə antioksidantlar, kalium, fosfor, maqnezium, kalsium, natrium, dəmir, sink kimi minerallarla və çoxsaylı vitaminlərlə zəngindir. Bu tərəvəz sağlamlıq üçün çox faydalı sayılır. Çuğundura qırmızı rəngi betaçianin adlı piqmentlər verib.

Çoxsaylı elmi tədqiqatlar faktiki olaraq təsdiq edib ki, çuğundur leykemiya xəstəliyi üçün də çox faydalıdır.

Birincisi, çuğundur betainlə boldur, amin turşusu bədxassəli şişlərə qarşı effektivdir. Üstəlik, o, iltihab əleyhinə olan güclü antioksidant xüsusiyyətlərə malikdir.

Çuğundur xərçəng xəstəliyinin müxtəlif növlərində müalicə vasitəsi kimi istifadə oluna bilər. Sözügedən bitki hamilə qadınlar üçün xüsusilə faydalıdır, çünki fol turşusunu yüksək səviyyədə saxlayır. Bu da qaraciyərin funksiyasını və öd kisəsinin fəaliyyətini yaxşılaşdırıb, qəbzliyin qarşısını almağa kömək edəcək.

Çuğundur diş və baş ağrılarına, dizenteriya, sümük, dəri problemləri ilə birlikdə aybaşı ağrılarına azaltmağa da kömək edir. Bu universal şəfalı bitki istənilən pəhrizin ayrılmaz hissəsi olmalıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300