Almaniya milli komandasının rekordu Bakıda qırıla bilər.

"Report"un məlumatına görə, bunun üçün 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutan hər iki görüşdə Bundestimin qapısına yola tapan Azərbaycan yığmasının martı 26-da Bakıda bu rəqiblə baş tutacaq növbət oyunda da fərqlənməsi lazımdır.

Cari seçmə qrup mərhələsinə San Marino (8:0), Şimali İrandiya (2:0), Çexiya (3:0) və Norveç (3:0) kollektivləri üzərində qələbə ilə başlayan almanlar ümumilikdə 16 qol vurmaqla yanaşı, öz qapılarını toxunulmaz saxlamağı bacarıblar.

Lakin martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada Robert Prosineçkinin baş məşqçisi olduğu Azərbaycan millisi rəqibini məyus etməklə Bundestimə bu göstəricini yaxşılaşdırmasına imkan verməmiş olacaq.

Seçmə qrup mərhələsində yer aldığı C qrupunda keçirdiyi 4 oyundan 7 xal toplayan Azərbaycan yığması San Marino və Norveçi 1:0 hesabı ilə məğlub etdiyi halda, Şimali İrlandiyaya 4 cavabsız qolla uduzub.

Qeyd edək ki, 2012-ci il Avropa çempionatının seçmə mərhələsində də Almaniya yığması ilə eyni qrupda yer alan Azərbaycan milli komandası səfərdə 1:6, evdə isə 1:3 hesabı ilə uduzub. Həmin görüşlərdə müvafiq olaraq artıq heyətə dəvət almayan Vaqif Cavadovla Murad Hüseynov fərqləniblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300