"Barselona"nın kapitanı Andres İnyesta Çindən təklif alıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bu ölkənin 2 klubunun maraq dairəsindədi.
Həmin komandalar İnyestaya ilinə 35 milyon avroluq maaş təklif
ediblər. Bunu qəbul edəcəyi təqdirdə, 33 yaşlı yarımmüdafiəçi dünyanın ən yüksək
ödənişli futbolçusuna çevriləcəkdi. Lakin o, karyerasının sonuna qədər
"Barselona”nı tərk etməyəcəyini bildirib və təklifləri rədd edib.
Qeyd edək ki, Andres İnyesta 2002-ci ildən peşəkar futbolçu kimi "Barselona”nın
formasını geyinir.