25 ildir ki, Dağlıq Qarabağ danışıqlarının heç bir nəticəsi yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, İrəvan əvvəllər danışıqların imitasiyasını aparırdısa, indi buna da son qoyub:

"Təəssüf ki, Minsk Qrupu həmsədləri üzərinə düşən öhdəlikləri yerinə yetirmir və ya yetirmək istəmir. Təcavüzkarı məcbur etmək istiqamətində heç bir addım ata bilməyən Minsk Qrupu əslində, daha çox siyasi bir quruma çevrilib. Avropanın tanınmış siyasi paytaxtlarında görüşlər keçirirlər, ancaq 25 ildir ki, Dağlıq Qarabağ danışıqlarının heç bir nəticəsi yoxdur. Hesab edirəm ki, Qarabağ məsələsi bütün beynəlxalq təşkilatlarda, BMT-də yenidən qaldırılmalı, üstəlik, təcavüzkar Ermənistanı cilovlamaq üçün müvafiq qərarlar qəbul edilməlidir. Bununla bərabər, Azərbaycan müharibə varinatını gündəmdə saxlayır. Çünki İrəvan Bakıya başqa yol qoymur”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300