Danimarkada aparılan bir araşdırma ağrıkəsici dərmanların zərərli olduğunu üzə çıxarıb. Belə ki, tez-tez istifadə edilən və çox vaxt zərərsiz hesab edilən bu dərman preparatları ürəyin dayanması riskini artırır. "European Heart Journal-Cardiovascular Pharmacotherapy" jurnalında dərc edilən bir məqalədə ibuprofen, naproksen və diklofenak kimi ağrıkəsicilərin ürəktutma riskini 31 faiz artırdığı bildirilir.

Azərtac xəbər verir ki, tədqiqatçılar Danimarkada xəstəxanalardan kənarda ürəktutması olan xəstələr və 1995-ci ildən bəri istifadə edilən ağrıkəsicilərlə bağlı bütün məlumatları toplayıblar. Bundan başqa, xəstəxanadan kənarda ürəyi dayanan 29 minə yaxın xəstə barədə araşdırma aparılıb və məlum olub ki, onlardan 3 min 400-ə yaxını ürəktutmadan bir ay əvvəl ağrıkəsici qəbul edib. Alimlər ağrıkəsicilərin istifadəsi ilə ürəyin dayanması arasında əlaqəni öyrənmək üçün ürəktutmasından öncəki 30 gün ərzində bu dərmanların istifadəsi ilə ürəktutma olmadan bir ay ərzində həmin preparatlardan istifadənin bağlılığını araşdırıblar. Nəticədə ağrıkəsicilərin istifadəsinin 31 faizi ürəyin dayanmasına səbəb olduğu müəyyənləşdirilib. Diklofenak ürək dayanması riskini 50 faiz, ibupofren isə 31 faiz artırır. Naproksenin isə belə riski artırmadığı məlum olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300