Azərbaycandakı "McDonalds” restoranlar şəbəkəsi ilə bağlı daha bir xoşagəlməz fakt qeydə alınıb.

 

Bu barədəBakiPost.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Səid Paşayev məlumat verib. Bildirib ki, 16.03.2017-ci il tarixində şəbəkənin 28 mall ticarət mərkəzində yerləşən filialında 1 manat 50 qəpiyə qamburger, bundan əlavə qızardılmış kartof alıb, yeyib. Daha sonar isə axşam saatlarına yaxın özünü pis hiss edib və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəstəxanada ona qida mənşəli kəskin allergik reaksiya diaqnozu qoyulub:"Soruşdular ki, nə yemisən, dedim qamburger. Ondan başqa da heç nə qəbul etməmişəm. Dedilər ki, ondan zəhərlənmisən. Bir neçə saat xəstəxanada qaldım, mədəmi yudular. Ondan sonra evə buraxdılar. Kartofdan şübhələnmirəm düzü. Çünki kartof yeni qızardılır. Amma qamburgeri yeyəndə həqiqətən də nəsə tam hiss elədim. Özüm də bşa düşdüm ki, nəsə başqa bir dad var. Amma çox fikir vermədim. Ac idim, yedim və getdim. Axşama yaxın isə mədəm çox pis oldu. Özümü pis hiss etməyə başladım və təcili xəstəxanaya çatdırıldım”.

 

Məlumat üçün bildirək ki, bu "McDonalds”la bağlı ilk şikayət deyil. Bundan əvvəl də bir neçə dəfə mətbuatda "McDonalds”dakı məhsulların keyfiyyətsizliyi ilə bağlı yazılar dərc edilib.

 

Bakı Post

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300