Oğuz sakini 2014-cü ildə bankdan manatla kredit götürüb. Lakin 1 il sonra onu aldadaraq kreditini dollara çeviriblər. İndi də bankdan devalvasiya nəticəsində əmələ gələn əlavə məbləği borcludan tələb edir.

Uluyol.info xezerxeber.az-a istinadən xəbər verir ki, Oğuzun Top kənd sakini Turab Lətifov 2014-cü ildə bankdan 1500 manat kredit götürüb. 2015-ci ilin iyun ayında pulu ödəyə bilməyib və gecikmə yaranıb. o iddia edir ki, Bankdan onu çağıraraq bildiriblər ki, ödəniş müddətini uzadaraq aylıq məbləği azalda bilərlər.

Turab Lətifov bununla razılaşıb və yeni müqavilə bağlamaq üçün banka gedib. Onun sözlərinə görə, bankda onu aldadaraq dollarla kredit götürmək barədə müqaviləyə imza atdırıblar.

Turab Lətifov krediti tam ödəyib. İndi isə bank ikinci devalvasiyadan sonra əmələ gələn əlavə məbləği ondan tələb edir. Bu da 507 manat edir.

Ekspertlər bildirirlər ki, bankın məcburi şəkildə müştəriyə müqavilə imzalatmaq hüququ yoxdur. Turab Lətifov aldadıldığını bildiyi andan etibarən 1 il ərzində məhkəməyə müraciət edərək müqaviləni ləğv etdirə bilərdi. Lakin artıq həmin müddət bitdiyindən məhkəmədə iddia qaldırsa da, heç bir xeyri olmayacaq.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300