Ermənistandan Avropaya uçan təyyarədə radioaktiv maddə aşkar edilib. Uluyol.info istipress-ə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Maddə Belarusdan tranzit olaraq keçən təyyarənin göyərtəsində aşkar edilib.

 

Lukaşenko bu barədə "Qərb- 2017" təlimlərinin təşkili ilə bağlı keçirilən iclasında deyib.

 

Prezident təyyarənin hansı ölkəyə uçduğunu, hadisənin detallarını açıqlamayıb. İnsidentin nə zaman baş verdiyi də bilinmir.

 

Lukaşenko iclasda dövlət sərhəddində baş verən qanunsuzluqlardan danışarkən bunu deyib. "Xahiş edirəm ki, bütün bu insidentlərlə bağlı aparılan araşdırmaların nəticələri barədə mənə hesabat verəsiniz. Bütün bunlar bir daha göstərir ki, biz rahatlaşa bilmərik. Ayıq-sayıq olmalı və ölkəmizdəki stabilliyin pozulmasına imkan verməməliyik".

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300