Azərbaycanda yenicə yaranmış müstəqil "Human” teatrı müasir dünyamızda zorakılığın artması, insanın şəxsiyyətinin təhqir olunması, onun fiziki və mənəvi zorakılığa məruz qalması, insanlar arasında dini, cinsi ayrıseçkiliyin qoyulmasına qarşı yaradılmış ilk teatrdır. "Human” teatrının repertuarında humanizm ideyalarından, gender problemlərindən, insan hüquqlarından və hüquq bərabərliyindən bəhs edən tamaşalar yer tutacaqdır.

"Human” teatrının ilk tamaşası olan "Üçüncü" tragikomediyası insanın öz xoşbəxtliyini başqalarının bədbəxtliyinin üzərində qurmağından, öz canını qurtarmaq üçün vicdan əzabı çəkmədən başqalarının həyatını qurban verməsindən bəhs edir. Əzici qüvvənin amalı sərtdir: "Kim bizimlə deyilsə, bizə qarşıdır!" Tamanın ideyası isə budur: "Ziyalı nadanlığın qarşısından qorxub qaçanda cəmiyyətin faciəsi başlayır."
Tamaşa polşalı dramaturq Slovomir Mrojekin "Karol” tragikomediyası əsasında hazırlanıb.

"Üçüncü” tamaşasını aktyorlar Elgün Həmidov, Ziya Ağa və Şamil İbrahimov ifa edəcək. Tamaşa əməkdar artist Pərviz Məmmədrzayev tərəfindən hazırlanıb.

Premyera 29 mart 19:00-da Xəzər Universitetinin ikinci kampusunda yerləşən teatr zalında olacaq.

Qeyd edək ki, teatrın bədii rəhbəri Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcılarından biri, keçmiş "Simsar” teatr–studiyasının yaradıcısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetinin baş müəllimi, teatr və kinoaktyoru, əməkdar artist Pərviz Məmmədrzayev, direktoru isə Akademik Milli dram teatrında fəaliyyət göstərmiş teatr və kino aktyoru Şamil İbrahimovdur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300