1451750144191
 
2016-cı ilin ilk ayından inqilaba bərabər kadr islahatlarının aparılacağı, bəzi vəzifəlilərin məsuliyyətə cəlb olunacağı istisna olunmur.Əhalinin əsəbləri tarıma çəkilib,ölkə prezidenti İlham Əliyev bölgələrdə rayon əhalisinin narazı salınmasına səbəb olan icra başçıları ilə sərt davranacaq ki,insanlar icra hakimiyyətlərinin qabagına axışmasın.
 
Əvvəlcədən söyləmək olar ki,insanları əsassız yerə narazı salıb,sahibkarlığa maneə olan icra başçıları  işdən çıxarılacaq ,hətta bəziləri məsuliyyətə cəlb olunacaq.Nia.az xəbər verir ki,əhalinin narazı olduğu icra başçılarından birədə Neftçala rayonunun icra başçısı Ismayıl Vəliyevdir.2011 ci ilin aprel ayının 29 dan Neftçala rayonuna icra başçısı  təyin olunan Ismayıl Vəliyev bu günə qədər rayon əhalisinin ciddi narazılığına səbəb olub.
 
Neftçalanın icra başçısı olan  Ismayıl Vəliyev bu müddət ərzində rayon ərazisində bir neçə istirahət mərkəzi, Bazar,ticarət obyektləri tikdirib. İcra başçısına məxsus bu obyektlərin demək olar ki heç biri onun öz adına deyil.Rayonda inşa etdirdiyi milyon dəyərində olan  Bazar, dəbdəbəli Restoran və digər mülkləri rayon əhalisinin ciddi şəkildə etirazına səbəb olub.Nia.az-a daxil olan məlumata görə bu gün özünü kifayət qədər güvəndə və arxayınçılıqda hiss edən Neftçala rayonunun icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev əsl oliqarxa çevrilib. Təbii ki, kiminsə varlanması, zəngiləşməsi qəbahət deyil və burada ayıb nəsə yoxdur. Amma ayıb olanı və həm də cinayət hesab olunası məqam ondan ibarətdir ki, İsmayıl Vəliyev bu gün sahibi olduğu sərvəti məhz neftçalalıları qarət etməklə, büdcədən Neftçalaya ayrılan pulları mənimsəməklə əldə edib. 
 
Nia.az daxil olan məlumata görə Cənab prezident İlham Əliyev Neftçala  rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev barəsində məlumatlıdır və onu yaxın günlərdə işdən azad edilməsi haqqında sərəncam imzalayacaq və Ismayıl Vəliyev məsuliyyətə cəlb olunacaq.(NİA.AZ)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300