Bakının məşhur ticarət mərkəzlərində Ermənistan istehsalı olan mallar satılır.

 

BakiPost.azxəbər verir ki, "Park Bulvar” və "Gənclik Mall”da fəaliyyət göstərən "OVS” mağazalarında müştərilərə üzərindəki etiketdə "MADE İN ARMENİA” yazılan paltarlar təqdim edilir.

 

Məsələnin ən ilginc tərəfi odur ki, düşmən ölkədən idxal olunan mallar dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarlarıdır. OVS məşhur İtalyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır. Ermənistanda məhz hərbi paltarların tikilməsi və onun Azərbaycanda satışa çıxarılması kifayət qədər maraqlı görünür.

 

Məsələ ilə bağlı OVS mağazalarının İlham adlı əməkdaşıBakiPost.az-a deyib ki, Ermənistan istehsalı olan malların satlılması mümkünsüzdür:"Bizim mağaza İtaliya brendidir. Bura 12 ölkədən mallar gətirilir. Məsələn, Çin, Banqladeş, Türkiyə və s ölkələr. Amma sizin dediyiniz Ermənistandan malların gətirilməsi qətiyyən düzgün deyil. Bu ola da bilməz. Yanlış məlumatdır. Çünki OVS dünyaca məşhur İtaliya brendidir”.

 


Mağaza nümayəndəsinə malların üzərindəki "MADE İN ARMENİA” etiketini əks etdirən şəkillərin olduğu bildirilsə də, o, yenə də belə bir şeyin mümkünsüz olduğunu deyib:"Konkret olaraq yalandır. Belə bir şey ola bilməz. Çünki bu tanınmış İtaliya brendidir”.

 

Qeyd edək ki, OVS-in Bakıda iki mağazası fəaliyyət göstərir: "Park Bulvar”da və "Gənclik Mall”da. "Park Bulvar”dakı mağaza 6 Oktyabr 2015-ci ildə açılıb.

 

OVS brendi artıq 43 ildir ki, qadın, kişi və uşaqlar üçün geyim və aksessuar istehsalı ilə məşğul olur. Brendin əsas xüsusiyyətləri keyfiyyət və münasib qiymətlərdir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300