Pakistan Azərbaycana taktiki nüvə silahı verəcək


Bu silahın Qarabağda Ermənistan ordusuna qarşı istifadə edilməsi üçün heç bir beynəlxalq qadağa yoxdur

 


ABŞ-ın Azərbaycana qoyduğu silah qadağasının təsiri sıfra enə bilər

 


Pakistan Azərbaycanı çağdaş silahla təchiz etməyə hazırdır və bu, ABŞ-ın Azərbaycana qoyduğu silah qadağasını xeyli yumşalda bilər.

 


İstiPress-in məlumatına görə, bu qənaətə ölkənin keçmiş baş naziri Şaukat Əzizin Azərbaycan mətbuatına verdiyi müsahibəsindən sonra qənaətə gəlmək olar.

 


"Haqqin.az”a müsahibə verən Şaukat Əziz bildirib: "Bizim dövlətlərin təhlükəsizlik və müdafiə məsələləri ilə bağlı ümumi maraqlarımız var. Pakistan bir çox ölkələrə silah satır. Mənə elə gəlir ki, Azərbaycan fəal şəkildə Pakistanda layihələnmiş və özünü dünya silah bazarında yaxış tanıtmış silah sistemlərini almalıdır”.

 


"Ruxpert.ru” saytının yazdığına görə, nüvə ölkəsi Pakistan strateji nüvə silahı ilə yanaşı hazırda yeni nəsil kompakt taktiki nüvə silahları istehsal edilir:

 


"Taktiki nüvə silahının özəlliyi ondadır ki, o, dövlət başçılarının qərarı, nüvə çamadanı, giriş kodu və başqa formallıqlar olmadan istifadə edilə bilər”.

 


Yəni Azərbaycan bu silahlardan Qarabağın işğaldan azad olunması üçün istifadə edə bilər. Pakistan siyasətçisinin sözlərinə qeyri-ciddi yanaşmaq olmaz.

 

 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300