"Ölkə.Az”-ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, artıq Aydın Abbasov bununla bağlı çağırışlardan ibarət kampaniyaya start verib.

Məlumata görə, Aydın Abbasov ana nənəsi Göharik Voskanovnanın qohumlarının iştirakı ilə Gürcüstanda, Rusiyada və Türkiyədə olan dostları ilə birgə Türkiyədə yeni diaspor təşkilatı yaratmağa qərar verib. Yeni təşkilatda təmsil olunacaq şəxslər arasında Aydın Abbasovun əslən erməni olan dostları da var.


Ölkə ictimaiyyətinin və xaricdə yaşayan soydaşlarımızın diqqətini çəkmək üçün Aydın Abbasov son vaxtlar sosial şəbəkədə fəallaşmağa başlayıb.

Eyni zamanda, Aydın Abbasov xaricdəki dostlarının iştirakı ilə İstanbulda tez-tez görüşlər keçirərək, onları bir təşkilatda birləşməyə çağırıb.

Parlamentə keçirilən son seçkilərə təkrar qatıla bilməyən Aydın Abbasov artıq yeni təşkilatda özünü sınamağa və sosial təbəqənin bu sahədə diqqətini çəkməkdə maraqlı görünür.

Xatırladaq ki, bu yaxınlarda mətbuatda Aydın Abbasovun erməni nənəsi ilə bağlı sənədləri yayımlanıb.

 


Həmin yazıda qeyd olunur ki, 1924-cü ildə Şəmkir rayonunun Borum kəndində doğulmuş erməni nənəsi Göharik Voskanovnanın adı sonradan Gövhər olaraq dəyişdirilib və o, Gəncə şəhərində həyat yoldaşı Nobil Quluyevin yanında dəfn olunub.

Atası Abbas Abbasovun erməni qaynanası Göharik kürəkəni tərəfindən (Baş nazirin birinci müavini olduqdan sonra) məcburən İmamzadədə "islam dinini” qəbul edib. Onun qaynanası vəfat etmədən öncə, erməni qohumlarının adlarını sadalayıb və Ermənistanda dəfn olunmağını vəsiyyət edib.


 

Abbas Abbasovun həyat yoldaşı (Aydın Abbasovun anası) Bella Abbasova Nobilovna (Nobil qızı) Xarici Dillər Universitetində çalışır. O, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alır. On il ərzində isə o, qiyabi olaraq elmlər namizədi olub. Dosent adı alıb. Həmçinin Abbas Abbasov ermənilərlə qohumluğunu pərdələmək üçün həyat yoldaşının adını dəyişərək Bilqeyisə çevirib.


 

Abbas Abbasov özü isə Baş nazirin müavini postundan kənarlaşdırıldıqdan sonra Moskvaya köçüb və bir müddət Rusiyadakı Azərbaycan diasporu arasında qalmaqala səbəb olub. Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyəti ilə bağlı diaspor təşkilatları tərəfindən dəfələrlə tənqidə tuş gəlib.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300