Keçmişi qaranlıq hadisələrə dolu olan Rockefeller ailəsinin ‘atası’ olaraq qəbul edilən David Rockefeller 20 mart 2017 tarixində 101 yaşında dünyasını dəyişdi.

 Rockefeller ailəsinə aid ən maraqlı məlumatları təqdim edirik:

1. Oğurlanan dəmir yolları

Rockefeller ailəsi öz əməyiylə zəngin olmuş bir ailə deyildi. Duluth, Mesaba və Northern dəmir yollarına sahib olmaları başqa insanların pulunu oğurlayaraq mümkün oldu. Dəmir yollarının əsas sahiblərinin 1911-ci ildə relslərin inşasını bitirən zaman stansiyaları tikmək üçün pula ehtiyacları var idi və Rockefeller ailəsi bunun üçün 420,000 $ köməklik etdi. Ancaq iki ay sonra Rockefellerlər pulu 24 saat içərisində geri istədiyini söylədi və dəmir yolu sahibləri bu pulu ödəyə bilmədiyi üçün dəmir yollarının idarəsi çox aşağı qiymətə Rockefeller ailəsinə keçdi.

2. Çox aşağı maaşlar

John D. Rockefeller işçilərini çox aşağı maaşla işlədirdi. Minimum ödənişə qarşı çıxdığını, hər işçinin öz dəyəri qədər maaş almasını söyləyirdi.

3. Ludlow qətliamı

 

Lodlow mədən işçiləri 1914-cü ildə çox çətin şərtlər altında çalışırdılar. Mədəndə işləmək çox təhlükəli idi və işçilər çox aşağı maaş alırdılar. Üstəlik ödənişlər dollarla verilmir, verilən pul isə yalnız mədən düşərgələrində yerləşən dükanlarda xərclənə bilirdi. Qısacası mədən işçiləri gündəlik tələbatlarını yalnız mədənin sahibi olan Rockefellerdən satın ala bilirdilər.

Mədən işçiləri bir müddət sonra tətil etmək qərarını aldılar və Rockefeller Jr. buna görə silahlı adamlarının köməyi ilə işçiləri mədəndə işə məcbur etdi. Mədənçi ailələri evlərindən çıxarılaraq bir çadırda yaşamaq məcburiyyətində buraxıldı və çadır bir gecə içində maşınlı silahlarla güllələndikdən sonra yandırıldı. Hadisədə 2 qadın və 11 uşaq həyatını itirdi.

4. Qorxuyla yaşayan qadınlar və uşaqlar

Ludlow qətliamında həyatda qalmağı bacaran mədənçi ailələri Rockefellerin adamları tərəfindən öldürüləcəklərini düşündükləri üçün qorxu içində yaşamağa başladılar. Mədənçiləri dəstəkləyən Don MacGregor mədənə etdiyi bir səfərdə onu görən qadın və uşaqların qorxudan necə qaçdıqlarını söyləmişdi.

5. Yalan xəbərlər

Əgər mətbuatı idarə edə bilərsinizsə Amerikalıların ürəklərini və beyinlərini də idarə edə bilərsiniz. Ludlow qırğınından sonra ailənin etməyə çalışdığı da elə bu idi. Tanınmış bir reklam işçisi tapdılar və ailələrinin Amerikaya gətirdiyi faydaları yazan bir ticarət jurnalı yaratdılar. 1915-ci ildə Hearst Press ilə müqavilə bağlayan ailə özləri haqqında tərifləyici məqalələr yayımladılar və onlara qarşı çıxan hər kəsi susdurdular.

6. Yoxsul mədənçilər

John Rockefeller 1915-ci ildə ailəsinə aid mədənlərdən birini ziyarət etmək üçün Coloradoya getdi. Mədəni gəzdikdən sonra gecə vaxtı geriyə qayıda bilməyəcək qədər yoruldu və gecəni mədən idarəçilərindən birinin daxmasında keçirməyə qədər verdi. Rockefeller gündə 12 saat işlədiklərinə baxmayaraq ailənin olduqca pis vəziyyətdə yaşadığına şahid oldu. Ertəsi gün mədənə geri dönən Rockefeller mədənçilərdən olduqca pis rəftar gördü və mədəni tərk etdi.

7. Yönləndirilmiş təhsil

John D. Rockefeller insanların düşüncələrinə nəzarət etmək üçün təhsil müəssisələrinə böyük vəsaitlər bağışladı. Ailəyə aid Rockefeller Fondu şagirdlərə "etibarlı və mühafizəkar bir təhsil” təqdim edən alimlərə hədiyyələr verdi və Rockefeller İmperatorluğuna faydalı olacaq düşüncələri yaymağı qəbul edən professorların maaşlarını artırdı.

8. Gəlir vergisindən yayınmalar

1916-cı ildə sərvətinə sərvət qatan ailənin qazancları vergilərdən yayınırdı. O dövrdə ailənin pulunu idarə edən John Rockefeller yardım adıyla yığılan pulların hamısını öz maraqları üçün istifadə edirdi. Qısaca olaraq vergi qaçaqçılığı edirdi.

9. Dürüst bir adamın dərdləri

Amerika hökuməti 1916-cı ildə John Rockefellerdən benzin qiymətlərinə gələn həddindən artıq artımlara bir şərh etməyini istədi. Mühakimədən narahat olan Rockefellerin verdiyi cavab isə bunun bir tələb-təklif məsələsi olduğu idi. Həmin dövrdə qəzetlər Rokfeller ailəsinin bu zərər çəkmiş rəftarını iynələyici yazılarla tənqid etdi. "Dürüst bir adamın dərdləri”(anv.tv)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300