"The Guardian” yazır ki, Almaniya alimləri ekoloji baxımdan təmiz yanacaq əldə edilməsi məqsədilə "dünyanın ən böyük süni günəşini” qururlar.

Köln şəhərinin 50 kilometrliyindəki Juliks qəsəbəsində keçirilən "Synlight” eksperimentində istifadə edilən 149 projektor təbii günəş işığından 10 min dəfə parlaq işıq verir.

Lakin bu məqsədlə bütün projektorların işığı eyni bir nöqtəyə tuşlanıb. Belə bir quruluşa malik aqreqat 3500 C dərəcə istilik yaradır ki, bu da domna sobasındakı temperaturdan üç dəfə çoxdur.

Almaniya Aerofəza Mərkəzinin tədqiqat direktoru, professor Bernard Hoffschmidt deyir ki, bütün projektorların yandığı vaxt otağa girən hər hansı adam sadəcə olaraq külə çevrilə bilər.

Məhz buna görə də eksperiment qoruyucu radiasiya kamerasında aparılır.

Bu eksperimentdən məqsəd hidrogen yanacağının əldə olunması üçün təbii günəş işığının enerjiyə çevrilməsini öyrənməkdir.

Günəş işığını güzgülərlə suya yönəldən günəş stansiyaları artıq mövcuddur.

Bu stansiyalar günəşin istiliyini buxara çevirərək elektrik istehsalını təmin edir.

Synlight eksperimentində məqsəd isə eyni prinsipdən istifadə etməklə sudan hidrogeninin alınması və bunun təyyarə və avtomobil yanacağı kimi işlədilməsi mümkünlüyünün öyrənilməsidir.

Synlight hazırda böyük həcmlərdə enerjidən istifadə edir. Bu, dörd ailənin bir il ərzində işlətdiyi elektrik enerjisinə bərabərdir.

Lakin alimlər inanırlar ki, bir gün projektorların əvəzinə təbii günəş işığından istifadə edə biləcəklər.

Doktor Hoffschmidt deyib ki, təyyarə və avtomobilləri karbon qazından azad yanacaqla təmin etmək üçün milyardlarla ton hidrogenə ehtiyac olacaq.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300