İtaliya paytaxtındakı Kapitolidə Avropa İttifaqına üzv 27 ölkənin sammiti başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, sammit Roma sazişinin imzalanmasının 60-cı ildönümünə həsr olunub.

Dövlət və hökumət başçılarının görüşü yüksək təhlükəsizlik tədbirləri altında keçirilir. Belə ki, İtaliya hökuməti istər vahid Avropa tərəfdarlarının, istərsə də əleyhdarlarının nümayişləri zamanı baş verə biləcək iğtişaşlardan ehtiyat edir.
Aİ liderləri 60 il əvvəl Avropa İttifaqının təsisçiləri hesab edilən altı dövlətin - Almaniya, İtaliya, Fransa, Belçika, Hollandiya və Lüksemburqun liderlərinin insanların, malların, xidmətlərin və kapitalın sərbəst hərəkəti üçün bütün maneələrin aradan qaldırılması üzrə beynəlxalq müqaviləni imzaladığı

Mühafizəkarlar sarayına toplaşıb.

Tədbirdə çıxış edən Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bütün çətinliklərə, o cümlədən Böyük Britaniyanın qurumdan çıxmasına baxmayaraq, Aİ-nin mövcudluğunu davam etdirəcəyini bildirib.

O, Aİ-nin 100 illik yubileyini qeyd edəcəynə əminliyini ifadə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300