Cənab Prezident, məni girov götürənlər Elçin Quliyevin adamları olduqlarını dilə gətirdilər
Suraxanı rayon, Hövsan qəsəbəsinin sakini Nuriyev Hüseyn Rəsul oğlu Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevin adamları tərəfindən girov götürülərək, işgəncələrə məruz qalması ilə bağlı Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Həmin məktubun bir nüsxəsini Xalqxeber.Az xəbər portalının redaksiyasına göndərib. Məktubu olduğu kimi dərc edirik:
Hörmətli cənab Prezident! Bu ərizəmlə Sizə yazıb məlum edirəm ki, mənim əvvəllər tanıdığım Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Binə Atçılıq Mərkəzində işləyən Hikmət Musayev (tel: 055-866-09-24) və Rəşad Səmədov (tel: 070-274-50-51) adlı şəxslərdən 3500 ( üç min beş yüz ) manat məbləğində faizlə bir həftəlik borc pul almışdım.
Sonradan mən söz verdiyim kimi bir həftə müddətinə 3500 manat pulu faizlə, birlikdə qaytara bilmədim. 3 aya qədər olan müddətdə həmin borc aldığım pulu faizi ilə birlikdə qaytardım. 2015-ci ildən bu günə kimi həmin yuxarıda adını qeyd etdiyim şəxslər məndən hədə-qorxu gəlməklə "Vinçester" silahı və bıçaq çıxarmaqla, məni hər dəfə qorxutmaqla, məni və idarə etdiyim "BMW" markalı avtomobilimi girov götürərək, aparıb Binə Atçılıq Mərkəzinə aparmışlar. Orada məni atların tövləsində saxlamaqla General-polkovnik Elçin Quliyevin adından istifadə edərək, mənə sən hara şikayət etsəndə bizə heç kim, heçnə edə bilməz deməklə hədə-qorxu gələrək, ümumilikdə 23000 ( iyirmi üç min ) manat pulumu almışdırlar. Mənim idarə etdiyim maşın, Elçin Quliyevin adamları tərəfindən qanunsuz olaraq, girovda saxlanılmışdır. Həmin müddətdə Binə Atçılıq Mərkəzində girovda olduğu üçün VİP lizinq şirkətinin işçiləri maşın kreditdə olduğu üçün mənim maşınımı Binə Atçılıq Mərkəzindən "reket"lərin əlindən çox çətinliklə ala bilmişlər. Xüsusilə qeyd edim ki, VİP lizinq şirkətinin əməkdaşları baş verən olaya şahiddirlər. Yuxarıda adlarını çəkdiyim şəxslər bu günə qədər məndən yenə də hədə-qorxu ilə pul tələb etməkdə davam edirlər. Hədə-qorxu olunmağım barəsində hüquq-mühafizə orqanlarına məktub ünvanlamışam. Lakin hələ heç bir müsbət nəticə ala bilməmişəm.
Cənab Prezident! Sizdən xahiş edirəm mənim həyat təhlükəsizliyimi təminat altına alasınız və general Elçin Quliyevin adından istifadə edən şəxslər barəsində ciddi şəkildə ölçü götürülməsi üçün xüsusi tapşırıq verəsiniz. İnanıram ki, Sizin diqqətiniz sayəsində mənim həyat təhlükəsizliyim qorunacaq və müraciətim müsbət nəticə verəcək. Burada yazdıqlarım həmin şəxslər tərəfindən başıma açılan oyunların bir qismidir. Sizə yalvarıram mənə kömək edin və məni qoruyun.

Hörmətlə: Nuriyev Hüseyn Rəsul oğlu
055-211-79-21

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300